• Rus Dili
  • Reklam
    » » Deputat yol polisini sərt tənqid etdi
    

    Deputat yol polisini sərt tənqid etdi

    5-03-2016, 11:53
    Oxunub: 454
    Şərhlər: 0
    Çap versiyası
    Deputat yol polisini sərt tənqid etdi
    Rafael Cəbrayılov: « Sanki yol polisinin işi yalnız cərimə yazmaqdan ibarətdir»
    Yol hərəkəti qaydalarının pozulması hallarının texniki vasitələr tərəfindən qeydə alınması, bu barədə sürücünün iştirakı olmadan elektron protokolun tərtib edilməsi, habelə müvafiq inzibati məsuliyyətə cəlbetmə barədə mükəmməl qanunvericilik bazamız var. Bu hal elmi-texniki inkişafın nəticəsidir ki, onun nailiyyətlərindən qanunvericilikdə özünəməxsus şəkildə istifadə edir». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət qurucuğulu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov Avtosfer.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bir neçə il əvvəl «Yol hərəkəti haqqında» qanun və inzibati qanunvericilik yalnız maksimum sürət həddinin aşılmasının radarlar tərəfindən qeydə alınmasına əsaslanaraq sürücünün iştirakı olmadan elektron protokol tərtib edilməsinə icazə verirdi. Bundan sonra isə texniki vasitələrin imkanlarından qanunvericilkdə daha geniş istifadə edilməyə başlanıldı ki, bunun da nəticəsində yol hərəkətinin digər pozuntularının da texniki vasitələr tərfindən qeydə alınması və bu barədə sürücünün iştirakı olmadan elektron protokolun tərtib olunması qanunvericilikdə təsbit olundu: «Martın 1-dən qüvvəyə minən Azərbaycan Respublikasının yeni İnzibati Xətalar Məcəlləsi çoxlu sayda yol hərəkəti qaydalarının pozulması hallarına dair sürücünün iştirakı olmadan elektron protokol tərtib edilməsi və müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi hüququnu yol polisinə verir. Yeni inzibati məcəlləyə görə, bura təklükəsizlik kəmərindən istifadə etməməyə, nəqliyyat vasitəsinin icbari sığortasından yayınmağa və s. kimi qanun pozuntuları da daxildir. Bəzi vətəndaşlarımızın fikrincə, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı xüsusi maddə əlavə etmək və yaxud xüsusi bir qanun qəbul etmək lazımdır. Əsas istinaq olunan məqam isə radardan öncə məlumatverici yol nişanın olmaması və “İ-Patrul” sisteminin işə düşməsidir. Amma nəzərə almaq lazımdır ki, bu hal şəhərdaxili yollara aid deyil. Digər hallar isə hazırda qüvvədə olan «Yol hərəkəti haqqında» qanun və İnzibati Xətalar Məcəlləsiilə tənzimlədiyi üçün yeni bir qanuna və qeyd etdiyim qanunlara dəyişiklik etməyə ehtiyac yoxdur. Belə ki, qanunda açıq şəkildə texniki vasitələr tərəfindən aşkarlanan və elektron protokol tərtib olunan qayda pozuntuları qeyd olunur».
    Bütün bunlara baxmayaraq deputatın fikrincə, təbii ki, sürücülərin mövqeyini də subuta yetirmək hüquqları var. Yəni, sürücünün iştirakı olmadan tərtib olunmuş elektron protokolları məhkəmə qaydasında mübahisələndirmək, habelə yol polisi əməkdaşının qanunsuz hərəkətlərindən yuxarı orqana və ya məhkəməyə müraciət etmək barədə hüquqları qanunvericilikdə təsbit edilib: «Təbii ki, hər bir sürücü bu hüququndan istifadə edə bilər».
    Rafael Cəbrayılov təəssüflə bildirib ki, «Yol hərəkəti haqqında» qanun və bununla bağlı inzibati qanunvericiliyin tələbləri ilə əlaqədar yol polisi tərəfindən hüquqi maarifləndirmə işi çox zəif aparılır: «Məsələn, texniki vasitələrin, radarların görünmə məhdud olan vaxtlarda və gecə saatlarında necə işlədiyini və qayda pozuntusunu necə qeydə alacağı, habelə yol hərəkətinin pozulması ilə bağlı martın 1-dən qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin müddəaları haqqında ictimaiyyətdə müfəssəl məlumat yoxdur. Nəzəzrə alsaq ki, İnzibati Xətalar Məcəlləsində «Yol hərəkəti haqqında» qanunlara mütamadi olaraq əlavə və dəyişikliklər olunur. Təbii ki, yeni qanunlar haqqında cəmiyyət sistematik olaraq maarifləndirilməlidir. Doğrudur, müxtəlif vaxtlarda bəzi KİV-də bu yeniliklər haqqında malumatlar verilir, amma bu işlə birbaşa əlaqəsi olan yol polisinin peşakar izahı və cəmiyyəti məmaarifləndirməsi daha məqsədəuyğundur. Amma təəassüflər olsun ki, deputatlar və ekspertlərdən başqa maarifləndirmə işində yol polisinin məsul şəxslərini görmək olmur. Sanki yol polisinin işi yalnız qayda pozmuş sürücünü aşkar edib, ona cərimə yazmaqdan ibarətdir. Mən yol polisinin rəhbərliyinə tövsiyyə edirəm ki, «Yol hərəkəti haqqında» qanuna edilmiş əlavə və dəyişikliklər barədə, habelə müvafiq inzibati məsuliyyət nəzərdə tutan yeni İnzibati Xətalar Məcəlləsinin normalarının cəmiyyətə açıqlanması və maarifləndirməsi işini cəmiyyətimizin tələbləri səviyyəsində qursunlar».
    avtosfer.azскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.