Azərbaycanda magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirilir » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Azərbaycanda magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirilir
    

    Azərbaycanda magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirilir

    6-03-2016, 10:58
    Oxunub: 417
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycanda magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirilir

    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirir.

    TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 41 imtahan mərkəzində aparılır. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.

    Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

    İmtahanda iştirak etmək üçün 24110 (ötən il 23231) bakalavr ərizə təqdim edib.

    Onlardan 21822 nəfəri Azərbaycan bölməsi, 2288 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 10281 nəfəri oğlan, 13829 nəfəri isə qızlardır. Bakalavrlardan 11550 nəfəri cari ilin məzunları, 12560 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 63 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1958-ci il təvəllüdlü, ən gənc isə 1997-ci il təvəllüdlüdür.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.