• Rus Dili
  • Reklam
    » » Prezident İlham Əliyevin Macarıstanın baş naziri ilə təkbətək və geniş tərkibdə görüşü olub
    

    Prezident İlham Əliyevin Macarıstanın baş naziri ilə təkbətək və geniş tərkibdə görüşü olub

    6-03-2016, 14:06
    Oxunub: 427
    Şərhlər: 0
    Çap versiyası
    Prezident İlham Əliyevin Macarıstanın baş naziri ilə təkbətək və geniş tərkibdə görüşü olub
    Prezident İlham Əliyevin martın 6-da Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın baş naziri Viktor Orbanla təkbətək görüşü olub.

    APA-ya istinadən AGXEBER.COM-un məlumatına görə, Viktor Orban və xanımı Aniko Levaini Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.

    Azərbaycan prezidenti, Macarıstanın baş naziri və xanımları birgə foto çəkdiriblər.

    Sonra prezident İlham Əliyevin və baş nazir Viktor Orbanın təkbətək görüşü olub.

    Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Macarıstan əlaqələrinin genişləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub. İkitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Təkbətək görüş başa çatdıqdan sonra prezident İlham Əliyevin baş nazir Viktor Orbanla geniş tərkibdə görüşü keçirilib.

    İlham Əliyev və Viktor Orban görüşdə çıxış ediblər.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.