• Rus Dili
  • Reklam
    » » FİFA futbol qaydalarında inqilabi dəyişikliklər etdi
    

    FİFA futbol qaydalarında inqilabi dəyişikliklər etdi

    6-03-2016, 19:01
    Oxunub: 517
    Şərhlər: 0
    Çap versiyası
    FİFA futbol qaydalarında inqilabi dəyişikliklər etdi

    FİFA futbol qaydalarında inqilabi dəyişikliklərə getməyə hazırlaşır.

    Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyası Şurasının (IFAB) ötən gün baş tutan yığıncağında bir sıra vacib qərarlar verilib.

    Yeni qaydalara əsasən, matçların daha ədalətli idarə edilməsi üçün, hakimlər mübahisəli epizodların videotəkrarına baxa biləcəklər.

    Daha bir yenilik oyunçu dəyişiklikləri ilə bağlıdı. Belə ki, komandalar matç ərzində 4-cü oyunçunu da dəyişmək ixtiyarına sahib ola biləcəklər. Ancaq buna bir şərtlə icazə verəcəklər. Belə bir dəişiklik yalnız matça əlavə edilmiş vaxtda mümkün olacaq.

    Bundan əlavə hakimin start fitindən sonra topa ilk zərbəni vuran oyunçuya onu istənilən istiqamətə göndərməyə icazə veriləcək. Bu vaxta kimi isə topu ancaq meydanın rəqibə aid hissəsinə vurmaq lazım idi.

    Qurumun verdiyi ən önəmli qərar isə üçqat cəza sisteminin ləğv edilməsidi. Belə ki, qapıçı və ya müdafiəçi adi mübarizə şəraitində penaltiyə səbəb olarsa, ona qırmızı deyil, sarı vərəqə göstəriləcək. Xüsusi kobudluq hallarında isə qırmızı vərəqə cəzası qüvvədə olacaq.

    FİFA-nın yeni prezidenti İnfantino bildirib ki, bu qaydalar iyunun 1-dən qüvvəyə minəcək, AVRO-2016-da və Amerika Kubokunda istifadə olunacaq.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.