• Rus Dili
  • Reklam
    » » Avropa İttifaqı və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar
    

    Avropa İttifaqı və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar

    8-03-2016, 11:37
    Oxunub: 994
    Şərhlər: 0
    Çap versiyası
    Avropa İttifaqı və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar
    Avropa İttifaqı və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar.

    APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva özünün “Tvitter” səhifəsində yazıb.

    "Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının sədri Donald Tusk Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə miqrant böhranının həlli ilə bağlı əsas prinsiplərə dair razılıq əldə ediblər", - M. Andreyeva qeyd edib.

    Bundan əvvəl Avropa İttifaqı və Türkiyə arasında miqrasiya böhranının həlli ilə əlaqədar razılığa gəlinmədiyi bildirilirdi.

    Xatırladaq ki, Brüsseldə miqrasiya böhranı ilə bağlı növbədənkənar Avropa İttifaqı-Türkiyə sammiti keçirilib. Növbəti, həlledici toplantı martın 18-ə təyin edilib.

    İlkin razılaşmaya əsasən, Avropada sığınacaq almayan miqrantlar Türkiyəyə qaytarılacaq. Bunun müqabilində Avropa İttifaqı Türkiyəyə pənah gətirən suriyalı qaçqınları qəbul edəcək. Razılaşma həmçinin 2018-ci ilin sonunadək Ankaraya əlavə 3 milyard avronun ayrılmasını, Aİ ilə Türkiyə arasında viza rejiminin ləğvini və Türkiyənin İttifaqa üzvlük danışıqlarının intensivləşməsini nəzərdə tutur.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.