• Rus Dili
  • Reklam
    » » Film kimi həyat: “Dünya qədər” pulu olan qadın 2 uşağı ilə küçədə yaşayır
    

    Film kimi həyat: “Dünya qədər” pulu olan qadın 2 uşağı ilə küçədə yaşayır

    9-03-2016, 17:27
    Oxunub: 421
    Şərhlər: 0
    Çap versiyası
    Film kimi həyat: “Dünya qədər” pulu olan qadın 2 uşağı ilə küçədə yaşayır
    Türkiyəli iş adamı İbrahim Cəvahirin qızı Aysin Cəvahir iki uşağı ilə küçələrdə yaşadığını iddia edib.

    ExoBaku.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Qardaşı Yusif Cəvahirin onu dəlixanaya saldırmaq istədiyini bildirən qadın hüquq mühafizə orqanlarına yazılı müraciət edib. Vəziyyətindən narahatlıq keçirən qadın bildirib: “Əgər məni qaçırıb dəlixanaya yerləşdirərlərsə, bunun günahkarının Yusif Cəvahir olduğunu bilmənizi istəyirəm. Başıma nə gələcəyini bilmirəm. Böyük təhlükə içərisindəyəm”.

    Ötən ilin sentyabr ayında “Cevahir Holdinq”in İdarə Heyətinin Sədri İbrahim Cəvahir vəfat etdikdən sonra övladları arasında yaranmış miras davası daha da “alovlanmağa” başlayıb.

    İbrahim Cəvahirin Dubayda yaşayan və iki uşaq anası olan 45 yaşlı qızı Aysun Cəvahir Greenall atasından qalan mirası ala bilmədiyini və qardaşı tərəfindən təhdid edildiyini vurğulayıb. Lakin “Cevahir Holding”dən verilən açıqlamada deyilənlərin həqiqəti əks etirmədiyi iddia edilib.

    Aysun Cəvahir qardaşının təhdidlərindən ehtiyat etdiyi üçün təkrar polisə müraciət edib. Məhkəmə qadının müraciətini nəzərə alaraq bir aylıq qoruma tədbirləri həyata keçirib.



    Qeyd edək ki, Cəvahir ailəsi 1995 –ci ildə Sarıyer Sülh Hüquq Məhkəməsinə müraciət edərək qızları Aysun Cəvahirin bir təriqətə qoşulduğunu və onun psixoloji problemlərinin olduğunu bildirib. Bu vəziyyəti həkimlərin verdiyi diaqnozlarla sübut etməyə çalışan ailə vərəsəlik davası açıb. Ailənin sonradan bu məsələnin ardınca düşməməsi səbəbindən heç bir qərar qəbul edilməyib.

    Hazırda Cəvahir ailəsi sözügedən iddia ilə bağlı heç bir açıqlama verməyib.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.