• Rus Dili
  • Reklam
    » » Maliyyə Nazirliyi Samir Şərifovun “üçqat agent” dosyesi haqda: “Bəs “Mossad”, Mİ 6?
    

    Maliyyə Nazirliyi Samir Şərifovun “üçqat agent” dosyesi haqda: “Bəs “Mossad”, Mİ 6?

    10-03-2016, 14:00
    Oxunub: 565
    Şərhlər: 0
    Çap versiyası
     Maliyyə Nazirliyi Samir Şərifovun “üçqat agent” dosyesi haqda: “Bəs “Mossad”, Mİ 6?
    Bu gün bəzi yerli mətbuat orqanlarında Ukraynanın "Qordon" agentliyinə istinadla ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın maliyyə naziri Samir Şərifov haqqında verdiyi açıqlamalar əsasında bir sıra yazılar dərc olunub.

    Yuri Şvets Samir Şərifovun üç ölkənin - Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia edib.

    "APA-Economics" bu iddialarla bağlı Maliyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışıb. Nazirliyin mətbuat katibi Mais Piriyev bildirib ki, ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində deyil: "Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!"скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.