• Rus Dili
  • Reklam
    » » İlan zəhəri biznesi - az məsrəf tələb edib milyonlar vəd edən sahə
    

    İlan zəhəri biznesi - az məsrəf tələb edib milyonlar vəd edən sahə

    11-03-2016, 09:04
    Oxunub: 982
    Şərhlər: 0
    Çap versiyası
    İlan zəhəri biznesi - az məsrəf tələb edib milyonlar vəd edən sahə
    Azərbaycanda bu sahə niyə dondurulub?; Dünya bazarında qramı 500-4000 avro arasında dəyişən zəhər istehsalı ilə bağlı ortada layihə də var, təcrübə də, ancaq...

    “İlanın başını kiçik ikən əzmək lazımdır...” Bu, bizim məşhur atalar sözümüzdür. Amma başını əzmək lazım olsa da, zəhərindən də bəs deyincə istifadə etmək şərtdir. Çünki dünya iqtisadiyyatında ilan zəhərindən əldə edilən gəlirə heç də barmaqarası yanaşmaq olmaz.

    “Yeni Müsavat” BBC-yə istinadən xəbər verir ki, hər il 100.000 insan ilan sancmasından dünyasını dəyişir. Zəhərli ilanlar bir çox dərmanların və elmi araşdırmaların ən vacib qaynağı sayılır. Fransanın cənub-şərqindəki bir firmada zəhər istehsalında istifadə edilmək üçün 70 ayrı növdə saysız-hesabsız ilan bəslənir. İlan və əqrəblər otaq temperaturu və nəmi həssaslıqla yoxlanan otaqlarda saxlanır.

    Bu canlılar hər ay sağılır və südlərindən bir neçə qaşıq dolusu zəhər əldə edilə bilir. Zəhərin sinir sistemindən əzələlərə, qan dövranından böyrəklərə qədər bir çox orqana təsiri böyükdür. İlan və əqrəb zəhərinə dərman sənayesində ciddi tələbat olsa da, zəhərin əldə edilməsi bir o qədər məsrəflidir. Zəhərin qramı 500-4000 avro arasında dəyişir.

    Dünyanın ilan zəhərinə olan illik tələbatı 10 kiloqramdır. Bu məhsulu dünya bazarına əsasən Cənubi Koreya, Çin, Vyetnam, Hindistan kimi Asiya ölkələri, eləcə də isti iqlimə malik digər ölkələr çıxarır.

    Hesablamalar göstərir ki, ilan zəhəri çox gəlirli sahədir. Zəhərin emalı birinci ildə onun dəyərinin 40, sonrakı illərdə isə 60 faizi qədər gəlir gətirir. Dünyada qurudulmuş ilan zəhərinin bir qramı 600-800 dollar arası dəyişir. Zəhər təmizlənib sertifikatlaşdırıldıqdan sonra bu qiymət təxminən 2 dəfə artır.

    Ədəbiyyatda “ilançılar” kimi təqdim edilən peşə sahibləri isə dünyanın hər yerində var. Onlar ilan ovuna təkcə onun zəhərinə görə yox, dərisinə görə də çıxırlar. Ovçulardan ilanları canlı və cansız olaraq tələb edirlər. Əgər sifarişçi ilanı sadəcə, onun dərisi üçün istəyibsə, ilan öldürülür, iy verməməsi üçün özəl olaraq hazırlanmış çantalar içində daşınır. Yox, ilan canlı istənilibsə, bu halda yenə özəl olaraq hazırlanmış çantalarda ölkə xaricinə çıxarılır. Maraqlıdır ki, bir çox Avropa ölkələri Türkiyəyə məhz diri ilan sifarişi verir. Başda Almaniya, Fransa, İtaliya olmaq üzrə bir çox Avropa ölkəsinə və Amerikaya çıxarılan ilanların dərisindən, zəhərindən faydalanıldığı kimi, təbiətə atılmaq üçün də satın alınır. Beləcə, qısa müddət sonra coğrafiyamızda soyu tükənən ilanlar Avropanın və ya Amerikanın hər hansı bir bölgəsində artır.

    4 ildir ilan qaçaqçılığı ilə məşğul olan türkiyəli M.A.Asimli adlı ilan tacirinin açıqlamasına diqqət edək: “Türkiyədən ilanları canlı, cansız ölkə xaricinə çıxarmaq çox asandır. Biz onları sifarişlə satırıq. Bunu bizdən alan xaricilərin sonradan kimlərə satdıqlarını bilmirik. Bəzən ”filan ilandan 15-20 ədəd istəyirik" deyə özəl sifarişlər də gəlir. Amma hər cür ilanı alırlar. Ən azından dərisi üçün. Amma bu işlə məşğul olmaq təhlükəsiz deyil. Bizim ilan tutmaq istəyərkən ölən o qədər dostumuz olub ki..."
    İlan zəhəri biznesi - az məsrəf tələb edib milyonlar vəd edən sahə
    İlan qaçaqçılarının Türkiyə coğrafiyasından toplayıb, topdançılara verdikləri ilanların qiyməti 500-lə 5 min dollar arasında dəyişir. Çox görülən və yaxalanması da asan olan ilanlar 500 dollara alıcı tapdığı halda, Toros, Qüds ilanı kimi tanınan qiymətli və nadir tapılan ilanlar 2 min dollara çox rahat satılır. Buynuzlu ilan isə 5 min dollara da alıcı tapır. Bu qiymətlər ilanı ölkə xaricinə çıxaran vasitəçilərin xarici alıcılardan aldıqları məbləğdir. Halbuki onlar malı bu qiymətin yarısına yerli qaçaqçılardan və ya kəndlilərdən alırlar. Satışda ilanın boyu və rəngi də önəmlidir. 1 metrdən qısa olan ilanlar alıcılar tərəfindən maraq görmür. Amma əgər bu kiçik ilan nadir tapılan növdəndirsə, o zaman vəziyyət dəyişir, qiymət avtomatik artır.
    SSRİ dövründə zəhərdən qazanan Azərbaycan niyə geri çəkildi?

    İndi keçək Azərbaycanla bağlı durumun təhlilinə. Heç kimə sirr deyil ki, Azərbaycan keçmiş SSRİ dövründə ilan zəhərinə olan ehtiyacın 65-70 faizini ödəyirdi. Bu zəhərdən SSRİ-nin tibb bazarında dərman preparatları hazırlamaq üçün istifadə olunurdu. SSRİ dağıldıqdan sonra ilan zəhərinin sifarişçisi olan Estoniyaya zəhər göndərilməsi də dayandırıldı. Bununla da Azərbaycan üçün bazar itirildi.

    Mütəxəssislərin bu günə qədər verdiyi açıqlamalardan və statistikadan bəlli olur ki, Estoniya ilə əlaqələr kəsildikdən sonra Azərbaycanda ilan zəhəri satılmayıb. Hətta 1995-ci ilə qədər yığılan 19 kiloqram zəhər indi da anbarda qalmaqdadır. Başlıca problem zəhərin istehsalçısı olan mərkəzin fəaliyyət göstərməməsidir. Bunun nəticəsi olaraq, hazırda Azərbaycanda zəhərlə bağlı problemlərlə məşğul olan da yoxdur.
    İlan zəhəri biznesi - az məsrəf tələb edib milyonlar vəd edən sahə
    Azərbaycanın Zirə kəndində ilan zəhəri istehsal etmək üçün fəaliyyət göstərən Herpetoloji Kombinat 70-ci illərdə SSRİ-nin müxtəlif əczaçılıq zavodlarına hər il olduqca yüksək qiymətə zəhər idxal edirdi. Bu zəhərdən müxtəlif farmakoloji kombinatlarda dərman preparatlarının hazırlanmasında istifadə olunurdu. Sovet dövründə ilanı tutub təhvil verənləri isə mükafat gözləyirdi. Ancaq SSRİ-nin süqutundan, Zirə Herpetoloji Kombinatının dağıdılmasından sonra ilanlar ətraf ərazilərə səpələndilər.
    İlan zəhəri biznesi - az məsrəf tələb edib milyonlar vəd edən sahə
    Zəhərli ilanlar və həşəratlara ölkəmizdə ən çox Kür-Araz ovalığında, Araz çayı hövzəsində rast gəlinir. Ən qiymətli zəhərə malik gürzə ilanının növləri də məhz Azərbaycanın aran rayonlarında və dağətəyi zonalarında yaşayır.

    İlan zəhərindən tarixən tibdə geniş istifadə edilir. indi isə elm inkişaf etdiyindən arı və əqrəb kimi həşəratlardan da alınan zəhərlər qiymətli material hesab edilir. Mütəxəssislərə görə, Azərbaycanda ilançılıq sahəsində perspektivlər çox genişdir. Üstəlik, bu sahənin inkişafı böyük sərmayə də tələb etmir və ölkənin aidiyyəti institutları da ilançılığın inkişafına dəstək göstərə bilər. Bir sözlə, həm təbii resurslar, həm də insan-intellektual potensialı bu sahənin inkişafına zəmin yaradır.

    Konsepsiya var, real addım isə yoxdur...
    İlan zəhəri biznesi - az məsrəf tələb edib milyonlar vəd edən sahə
    Ötən ilin sentyabrında isə sözügedən sahə ilə bağlı Azərbaycanda bir tərpəniş özünü göstərdi. Məlum oldu ki, Azərbaycanda ilan, əqrəb, qurbağa, arı zəhərinin alınması və bu sahədən gəlirin əldə edilməsi üçün işlərə başlanılacaq. Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu məlumat yaydı ki, artıq institutda bununla bağlı yeni konsepsiya üzərində işlənməyə başlanılıb. İnstitutdan əlavə edilib ki, dünyada bu təsərrüfat çox inkişaf edib. Səhra və yarımsəhra ərazilərdə bu təsərrüfatın yaradılması üçün geniş imkanlar olur. İnstitut açıqlamışdı ki, Azərbaycanda gürzə zəhəri üçün çox qiymətli xammal var. Hazırkı imkanlarla il ərzində 2 kq-a qədər gürzə zəhəri alıb onun xaricə satışını təşkil etmək olar. Amma bu layihə çox maliyyə vəsaiti tələb edir. Bunun üçün çox qiymətli avadanlıqlar tələb olunur. Bununla yanaşı, institutda zəhərin əldə edilməsi üçün xüsusi laboratoriyanın da yaradılması planlaşdırılırdı. Hazırda ilan zəhərinin Rusiyada analiz edilməsi üçün həmin ölkənin müvafiq qurumları ilə də əlaqələr yaradılır.

    Bu zəhərlərin yığılması üçün adı sadalanan heyvanların necə toplanılmasına gəldikdə isə institutdan bildirilib ki, bunun üçün ilk növbədə ərazidə olan heyvanların sayı qiymətləndirilməli, müvafiq dövlət qurumlarından icazələr alınmalıdır. Həmin heyvanlar zəhərin toplanılması üçün qapalı şəraitdə saxlanılaraq yemlənilir: “Amma hazırda bu işin reallaşması üçün ən ciddi maneə ilan zəhərinin ən strateji mallar siyahısına daxil edilməsidir”.

    Aradan bir il keçib. Amma “Yeni Müsavat”ın əməkdaşı sözügedən institutla əlaqə saxladıqda məlum oldu ki, bu istiqamətdə hər hansı irəliləyiş yoxdur.

    Sevinc TELMANQIZIскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.