• Rus Dili
  • Reklam
    » » Samir Şərifov Yuri Şvetsi məhkəməyə verərsə, nəyə nail ola bilər?
    

    Samir Şərifov Yuri Şvetsi məhkəməyə verərsə, nəyə nail ola bilər?

    13-03-2016, 16:16
    Oxunub: 289
    Şərhlər: 0
    Çap versiyası
    Samir Şərifov Yuri Şvetsi məhkəməyə verərsə, nəyə nail ola bilər?
    ABŞ-da maliyyə analitiki qismində çalışan Yuri Şvetsin Azərbaycanın maliyyə naziri Samir Şərifovu üç ölkənin agenti adlandırması ictimaiyyətdə və mətbuatda geniş rezonansa səbəb oldu. Müxtəlif ekspertlər Y.Şvetsin bu açıqlamasını şərh edərək, onun bu fikirlərinin arxasında nəyin dayandığını söylədilər.

    Ekspert Mehman Əliyev isə “Yeni Müsavat”a müsahibəsində bu vəziyyətdə Samir Şərifovun nə etməli olduğunu söyləyib. O, bildirib ki, hazırkı vəziyyətdən çıxış yolu kimi Samir Şərifov Y.Şvetsi məhkəməyə verməlidir: “S.Şərifov barəsindəki bu iddialarla vuruldu. Burada yeganə çıxış yolu onun məhkəməyə müraciətidir. S.Şərifov Y.Şvetsi məhkəməyə verməlidir. O zaman biz də məhkəmənin hansı qərarı çıxaracağını gözləyək. Məlumatların doğru olub-olmaması da o zaman üzə çıxacaq. Əgər məhkəməyə müraciət etməsə, o zaman S.Şərifov istefaya getməlidir. Başqa çıxış yolu da yoxdur”.

    Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu da onun bu fikirləri ilə razılaşaraq bildirib ki, Samir Şərifov baş verənlərə aydınlıq gətirməlidir: “Mehman Əliyevin fikirləri ilə tamamilə razıyam. Çünki bu xəbər iki cür anlaşıla bilər. Ya burada həqiqət payı var, ya da bu, Samir Şərifova qarşı kimlərinsə quraşdırdığı provokasiyadır. Hesab edirəm ki, bu, daha çox provokasiyaya oxşayır. Çünki ABŞ-da qərar tutmuş bir şəxs ancaq Azərbaycanın dünyada tanınan bir naziri haqqında fikirlər söyləyir. Halbuki, bu naziri bizdən başqa digər ölkələrdə tanımırlar. Lakin Y.Şvetsin müsahibəsi elə Samir Şərifovun ətrafındadır. Hətta provokasiya olsa belə, Samir Şərifov bu məsələyə aydınlıq gətirməlidir. Maliyyə Nazirliyinin mətbuat katibinin bu məsələ ilə bağlı fikirlərini oxudum. Bu, açıqlama deyil, insanları ələ salmaq mənasını verir. Samir Şərifov özü ABŞ-da səfərdə olsa da dərhal təkzib açıqlaması verib, bunu mətbuat xidməti vasitəsi ilə yaya bilərdi. Bəli, Samir Şərifovun üzərində həm Azərbaycanda, həm də xaricdə müəyyən şübhələr yaranıb. Hətta hesab edirəm ki, hakimiyyət səviyyəsində də bu məqaləni oxuyanlarda müəyyən şübhələr meydana çıxıb. Bu şübhələri aradan qaldırmağın yeganə yolu Samir Şərifov tərəfindən həmin şəxsin ABŞ-da yaşasa belə, məhkəməyə verilməsidir. Bununla Samir Şərifov öz adı ətrafında yayılan şayiələrə son qoya bilər. Bunu etməyincə, yaxud da özü şəxsən mətbuata geniş açıqlama verməyincə şübhələr ortadan qalxmayacaq”.

    Məsələ ilə bağlı musavat.com-a danışan hüquqşünas Müzəffər Baxış isə bildirib ki, məhkəməyə verməklə Samir Şərifov Y.Şvetsə nə isə edə bilməz: “Y.Şvets ABŞ vətəndaşıdır. ABŞ isə demokratik bir dövlətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ABŞ-da təsdiq olunmayıb. Y.Şvets isə fikirlərini ABŞ-da səsləndirib. Bu baxımdan baş verən hadisənin cinayət adlandırılması üçün bu, həm ABŞ-da, həm də Azərbaycanda cinayət hesab olunmalıdır. Yəni Samir Şərifov burada məhkəməyə müraciət edərsə ki, Y.Şvets onun haqqında böhtan xarakterli fikirlər səsləndirib, bu, Azərbaycanda Cinayət Məcəlləsinin 274-cü maddəsinə uyğun olaraq, cinayət hesab olunur. Və azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu isə ictimai təhlükəsizlik dərəcəsinə görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Müəyyən olunmalıdır ki, ABŞ-da böhtanla bağlı maddə var, yoxsa yoxdur. İkincisi də lap Samir Şərifov burada məhkəməyə müraciət etsin və bizim hakimlər də Y.Şvetsin barəsində CM-nin 147.2-ci maddəsi ilə deyək ki, qiyabi hökm də çıxartsınlar. Bunun nəticəsi nə olacaq? Azərbaycan məhkəməsinin hökmünü ABŞ-a göndərsələr, orada məgər Y.Şvetsi cinayət məsuliyyətinə cəlb edəcəklər? Bu baxımdan hesab edirəm ki, Samir Şərifovun Y.Şvetsi məhkəməyə verərək, nəyəsə nail olması mümkün olan məsələ deyil”.

    Əli Rais,
    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.