• Rus Dili
  • Reklam
    » » “Siz Şarli oldunuz, siz Paris oldunuz, bəs, Ankara da olacaqsınızmı?” - Türkiyədə yaşayan britaniyalı miqrant
    

    “Siz Şarli oldunuz, siz Paris oldunuz, bəs, Ankara da olacaqsınızmı?” - Türkiyədə yaşayan britaniyalı miqrant

    14-03-2016, 20:21
    Oxunub: 321
    Şərhlər: 0
    Çap versiyası
    “Siz Şarli oldunuz, siz Paris oldunuz, bəs, Ankara da olacaqsınızmı?” - Türkiyədə yaşayan britaniyalı miqrant
    Türkiyədə yaşayan britaniyalı miqrant terror aktı ilə bağlı təsirli status paylaşaraq, Avropa toplumuna çağırış elədi: “Niyə eyni ağrını Ankaradakı terror olayına görə yaşamırsınız?”

    Ankarada yaşayan britaniyalı emiqrant Ceyms Teylor facebook-da Türkiyəyə təsirli dəstək statusu paylaşıb və Avropa toplumuna səslənib.

    Musavat.com xəbər verir ki, statusda o, insanları Ankaradakı 13 mart terror aktının acısını birgə yaşamağa çağırıb. Həmin terror olayı zamanı 37 dinc sakin həlak olub, 127 nəfər yaralanıb.

    C.Teylor insanları onların yaşadığı yerdə baş verəcək terroru təsəvvür eləməyə səsləyərək yazıb: “Bəlkə bu, Türkiyədən məlumatı olmayanların və ya belə teraktlardan məsafə saxlayanların gözlərini açdı. O axşam partlayış şəhər mərkəzinin ən sıx əhalisi olan rayonlarından birində, adamların evlərinə getmək üçün avtobus gözlədiyi çoxsaylı avtobus dayanacaqlarının yanında, insanların çay içib, yorğunluqlarını çıxardığı parkın yanında baş verdi. Bu, elə Nortqemptondakı Debenxamsda və ya Birminqemin Nyu Streetində və yaxud Londonun Pikadillisində partlayan bombanın eynisidir.

    Bunu təsəvvürə gətirə bilərsinuizmi? Təsəvvür edin ki, hər gün keçdiyiniz ərazi, istifadə elədiyiniz avtobus dayanacağı, keçdiyiniz yol məhv edilir. Bu qurbanları təsəvvürə gətirə bilərsinizmi: evə yollanmaq üçün avtobus gözləyən yeniyetmələr, şəhərdə gəzən baba və nənə, bütün günü ünsiyyətdə olduqdan, deyib-güldükdən sonra taksi gözləyən adamlar...

    İndi isə təsəvvür edin ki, onlar ingilis idilər və terror da İngiltərədə baş verib. Onlar hər gün yolunuzun üstündə rastlaşdığınız, mənim və sizin kimi adi, xoşbəxt insanlar idilər. Onlar ailələr, polis nəfərləri, rəssamlar, sevgili cütlüklər idilər. Bəlkə onlar sizin də dostlarınız idilər. Onlar heç nə ilə fərqlənmirlər. Amma onlar türk idilər.
    “Siz Şarli oldunuz, siz Paris oldunuz, bəs, Ankara da olacaqsınızmı?” - Türkiyədə yaşayan britaniyalı miqrant




























    Bir çoxlarının zənninə rəğmən, Türkiyə Orta Şərq deyil, Ankara hərbi əməliyyatlar meydanlı deyil, bu, adi səs-küylü müasir şəhərdir, Avropadakı istənilən paytaxt şəhər kimi... Kızılay meydanı isə onun ürəyi, mərkəzidir. Londonda, Nyu-Yorkda, Parisdə baş verən terror aktlarına baxmaq və o qurbanlara görə ağrı-üzüntü hiss eləmək çox asandır, o zaman niyə eyni şey Ankaradakı terror olayı ilə bağlı yaşanmır?

    Bəlkə bu, ona görə baş vermir ki, siz sadəcə, Ankaranın həmin şəhərlərin heç birindən heç nə ilə fərqlənmədiyini anlamırsınız? Bəlkə ona görə ki, Türkiyə vətəndaş müharibəsi vəziyyətində olan Suriya və İraq kimi müstəsna olaraq, müsəlman ölkəsidir və bu üzdən Türkiyə və onun qurbanlarına laqeydsiniz? Əgər siz hesab edirsinizsə ki, Ankaradakı terrorun sizə dəxli yoxdur və ya siz Parisdəki, Londondakı terror aktları zamanı keçirdiyiniz eyni ağrını keçirə bilmirsiniz, o halda ola bilsin, siz dayanmalı və düşünməlisiz ki, niyə belə olur?

    Türkiyə həqiqi mənada gözəl insanları olan füsunkar ölkədir. Mən başqa heç yerdə buradaki kimi sevinclə qarşılanmamışam, heç yerdə özümü buradakı qədər xoşbəxt və daha təhlükəsiz hiss etməmişəm. Ankara mənim evimdir, 18 aydır ki, belədir və o bundan sonra da mənim evim olacaq.

    Siz Şarli oldunuz, siz Paris oldunuz, bəs, Ankara da olacaqsınızmı?”

    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.