• Rus Dili
  • Reklam
    » » Əgər bunları yumurtada görsəniz, heç bir halda onu yeməyin!
    

    Əgər bunları yumurtada görsəniz, heç bir halda onu yeməyin!

    15-03-2016, 22:03
    Oxunub: 1 264
    Şərhlər: 0
    Çap versiyası
    Əgər bunları yumurtada görsəniz, heç bir halda onu yeməyin!
    Yumurta alarkən onun kənd yumurtası olmasına üstünlük verin. Onların keyfiyyəti quşçuluq fabriklərindəki yumurtaların keyfiyyətindən çox fərqlənir.

    Xüsusi ilə uşaqlarınıza yumurta verərkən bu amilləri nəzərə alın.

    Toyuq –yırtıcı quşdur. Sağlam toyuğun qida rasionuna böcəklər, qurdlar, gəmiricilər və hətta ilan da daxil olmalıdır. Bundan əlavə toyuq çox hərəkət etməli, təmiz havada kifayət qədər qalmalı və yaxşı immunitetə malik olmalıdır. Belə halda onun yumurtası sağlamlıq üçün faydalı ola bilər.

    Xəstə toyuğun yumurtası ilə yaxşı yumurtanı asanlıqla ayırmaq olar. ExoBaku.com bunu etməyin yollarını sizə təqdim edir.

    Yumurtanı necə yoxlayaq

    Əvvəlcə yumurtanın qabığına nəzər salın. Sağlam toyuğun çiy yumurtasınının qabığını sındırmaq çətin olur, çünki o, kifayət qədər qalındır.

    Yumurta sarısının rənginə diqqət edin. Ən yaxşı yumurta sarısı narıncı rəngdə olanlardır. Solğun sarı rəng onu yumurtlayan toyuğun pis şəraitdə yetişdirildiyinin və xəstə olduğunun əlamətidir.

    Belə yumurtada sağlam toyuğun yumurtasına nisbətən qidalandırıcı maddələr və vitaminlər az olur. Ən pisi isə odur ki, parlaq olmayan yumurta sarısı özündə ağır mədə infeksiyaları yaradan zərərli bakteriyalar toplaya bilər.

    Yumurta sarısının qalınlığı da vacibdir: sağlam toyuğun yumurtasının sarısı kifayət qədər qalın, keyfiyyətsiz yumurtaların sarısı isə həmişə nazik olur.

    Artıq əldə etdiyiniz bu məlumatlarla ailəniz üçün keyfiyyətli məhsul seçə bilərsiniz. Bir neçə yerdən təzə yumurta alın və onları müqayisə edin. Əminik ki, onların arasında gördüyünüz böyük fərq sizi təəccübləndirəcək.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.