Vüsalə Əhmədova: "Yeni vergi islahatları və gələcəyə yönəlik gözləntilər..." » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Vüsalə Əhmədova: "Yeni vergi islahatları və gələcəyə yönəlik gözləntilər..."
    

    Vüsalə Əhmədova: "Yeni vergi islahatları və gələcəyə yönəlik gözləntilər..."

    21-03-2016, 13:12
    Oxunub: 550
    Şərhlər: 0
    Çap versiyası
    Vüsalə Əhmədova: "Yeni vergi islahatları və gələcəyə yönəlik gözləntilər..."


    Vüsalə Əhmədova
    "Yeni vergi islahatları və gələcəyə yönəlik gözləntilər..."

    Vergi sistemi onun tətbiq edildiyi ölkənin iqtisadi və sosial ehtiyaclarına müvafiq təşkil olunmalı və zaman keçdikcə üzərində müxtəlif dəyişikliklər aparılmalıdır. Əvvəlki qurumların adlarının dəyişdirilib yeniləri ilə əvəz edilməsi heç nəyi həll etmir. Vergi sistemlərinin gözdən keçirilməsi zamanı inkişaf etməkdə olan ölkələrin çoxunda və o cümlədən də, ölkəmizdə vergi strukturunun aşağıdakı formada olduğunu görə bilərik:
    Qarışıq: idarə olunması və müsbət nəticələr əldə edilməsi çətindir;
    Elastik deyil: iqtisadi fəaliyyətlərin dəyişən strukturuna və iqtisadi artıma qarşı biganədir; • Effektiv deyil: gəlirdə tez-tez çox aşağı artım təmin etməklə, önəmli ölçüdə iqtisadi yayınmalara və ziddiyyətlərə səbəb olur;
    Bərabərsizlik: eyni səviyyədə olan şəxslərə və müəssisələrə qarşı fərqli yanaşma ortaya qoyur;
    Ədalətsizlik: vergi orqanı ədalətsiz davranır və vergi sistemini çökdürə biləcək gücə sahib olanların lehinə hərəkət edir.
    Günümüzdə tez-tez üzləşdiyimiz istehsalın aşağı səviyyədə olması, işsizlikdə artım və buna bənzər iqtisadi və sosial problemlər yeni vergi islahatlarının həyata keçirilməsini labüd edir. Vergi islahatlarının ölkədən ölkəyə dəyişməsi mövcud vergi sisteminin xüsusiyyəti, hökumətin ictimai və iqtisadi prioritetləri ilə bağlıdır. Vergi islahatları ilə bağlı digər ölkələrin təcrübələrindən faydalanaraq bəzi nəticələr ortaya qoya bilərik:
    - Vergi bazasının genişləndirilməsi və vergi dərəcələrinin aşağı salınması həyata keçirilən vergi islahatlarının ən başında gəlməlidir. İnkişaf etməkdə olan ölkələr dar vergi bazası üzərinə yüksək vergi qoymaqla vergidən yayınmaları artırır və bu da vergi sisteminin ədalətliliynə kölgə salır.
    - İstehlak vergiləri vergi islahatlarının ən önəmli ünsürü olaraq formalaşdırılmalıdır. Əlavə dəyərə söykənən geniş bazalı istehlak vergisi iqtisadi fəaliyyətlərdə yayınmalara yol açmayaraq dövlət gəlirlərində artımı təmin edə bilər.
    - Vergi sistemində ayrı-ayrı vergi məsələləri ilə bağlı tənzimləmələrin həyata keçirilməsi yerinə, sistemi tam olaraq ələ alan koordinasiyalı vergi islahatlarının həyata keçirilməsi önəmli üstünlüklər təmin edə bilər. Koordinasiyalı vergi islahatları gəlir vergisindəki dəyişiklikləri uyğunlaşdırır.
    - Yaxşılaşdırılmış vergi inzibatçılığı vergi islahatlarının uğurlu olmasının əsas şərtidir. Vergi sisteminin yenidən qurulması, lazımsız strukturların ləğvi vergi inzibatçılığında aparılan islahatlar üçün böyük önəm daşıyır. Effektiv vergi nəzarəti və əsassız vergi yoxlamalarının aradan qaldırılması vergidən yayınmaları azaldır.
    - Vergi sisteminin hasilatdan kənar məqsədlər güdməsinin qarşısı alınmalıdır. Məsələn: müəyyən investisiyalar üçün vergi imtiyazlarının təmin edilməsi kimi. Bu kimi imtiyazlar vergi bazasını daraldır və dövlət büdcəsinin əriməsinə yol açır.
    - Vergi islahatları ölkə daxilindəki və həm də ölkə xaricindəki şərtləri nəzərə almalıdır. İnkişaf etməkdə olan ölkələr vergi islahatları həyata keçirərkən yalnız öz ölkələrindəki şərtləri deyil, bununla yanaşı sərmayə ixrac edən ölkələrdəki vergi strukturunu da nəzərə alaraq hərəkət etməlidir.
    - Vergi rejiminin etibarlılığı hər hansı vergi islahatının müvəffəqiyyətli olması üçün böyük önəm daşıyır. Vergi sistemində həyata keçirilən islahatların və dəyişikliklərin müvəffəqiyyətlə tətbiq edilə bilməsi, qarşıya qoyulan məqsədin effektivliyi, yeni tənzimləmələrin vergiödəyiciləri tərəfindən qəbul edilməsi və vergi ödəyicilərinə məxsus fikirlərin qanuni tənzimləmələrdə əks etdirildiyi qənaətinin yaradılması önəmlidir.
    Bütövlüyü təmin edilmiş vergi sistemi, geniş bazalı və vahid dərəcəli Əlavə Dəyər Vergisi, spirtli içki, siqaret, yanacaq və bəzi lüks malların üzərinə qoyulan istehlak vergisi, gəlir əldə etmək məqsədi güdməyən, daha çox qoruyucu məqsəd daşıyan idxal vergisi, inzibati cəhətdən tətbiq edilməsi daha rahat olan, məqbul dərəcəli və az istisnalar ehtiva edən fiziki və hüquqi şəxslərin gəlir vergisi daxil olmaqla bütövlükdə vergidən yayınma hallarına yol açmayan mütərəqqi vergi siyasəti tətbiq edilməlidir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.