• Rus Dili
  • Reklam
    » » PKK-ya qarşı əməliyyatda beş türk əsgəri şəhid olub, 15-ə yaxını yaralanıb
    

    PKK-ya qarşı əməliyyatda beş türk əsgəri şəhid olub, 15-ə yaxını yaralanıb

    24-03-2016, 19:07
    Oxunub: 446
    Şərhlər: 0
    Çap versiyası
    PKK-ya qarşı əməliyyatda beş türk əsgəri şəhid olub, 15-ə yaxını yaralanıb

    Türkiyənin Mardin vilayətində PKK-ya qarşı aparılan əməliyyatda üç türk əsgəri şəhid olub.

    APA-nın Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı doqquz xüsusi təyinatlı yaralanıb.

    Bildirilir ki, xüsusi təyinatlılar şəhərdəki binalardan birində əməliyyat keçirdiyi zaman partlayıcı qurğu işə düşüb.

    Bundan başqa, Şırnak vilayətində keçirilən əməliyyat zamanı atışma baş verib, nəticədə yeddi əsgər yaralanıb. PKK-çıların partlayıcı qurğunu işə salması nəticəsində yaralanan təhlükəsizlik əməkdaşları xəstəxanaya yerləşdirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.