• Rus Dili
  • Reklam
    » » Türkiyədə daha bir dəhşətli TERROR-3 ölü, 24yaralı
    

    Türkiyədə daha bir dəhşətli TERROR-3 ölü, 24yaralı

    25-03-2016, 11:42
    Oxunub: 426
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyədə daha bir dəhşətli TERROR-3 ölü, 24yaralıƏraziyə jurnalistlərin girişi qadağan edilib

    Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı dünən Diyarbəkirdə törədilmiş terror aktı ilə bağlı açıqlama yayıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi məlumatda Diyarbəkir-Bingöl magistral yolunda törədilmiş partlayış nəticəsində ölənlərin sayının 3, yaralıların isə 24 nəfər olduğu qeyd edilib.

    PKK terror təşkilatının törətdiyi partlayışla bağlı hərbi məhkəmə dərhal yayın qadağası tətbiq edib və ərazidə media mənsublarının görüntü əldə etməsi yasaqlanıb.

    Partlayıcı ilə doldurulmuş avtomobilin partladılması nəticəsində yaxınlığındakı polis postu qismən çöküb. Maşından düşərək uzaqlaşan terrorçuların yaxalanması istiqamətində əməliyyat başlayıb. Magistral yolda hərəkət məhdudlaşdırılıb.

    ***
    03:03
    Diyarbəkir-Bingöl magistral yolundakı jandarma postu qarşısında minalanmış avtomobil partladılıb, nəticədə 3 hərbçi həlak olub, daha 22 nəfər isə yaralanıb. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Bakı vaxtı ilə 23.00 radələrində törədilmiş partlayışdan sonra jandarma postu naməlum şəxslər tərəfindən avtomat silahlardan atəşə tutulub. Hərbçilər cavab atəşi açıblar.

    Hücum çəkənlərin məhv edilməsi istiqamətində əməliyyat aparılır. Hücumun PKK terrorçuları tərəfindən törədildiyi ehtimal olunurскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.