• Rus Dili
  • Reklam
    » » Sumqayıtda qətl törədən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
    

    Sumqayıtda qətl törədən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

    25-03-2016, 14:58
    Oxunub: 554
    Şərhlər: 0
    Çap versiyası
    Sumqayıtda qətl törədən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
    Sumqayıt şəhər Polis İdarəsi və şəhər Prokurorluğunun həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində qeyri aşkar şəraitdə törədilən qətlin üstü açılıb.

    Sumqayıt şəhər Prokurorluğu və şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 22-də saat 01 radələrində Məmmədov Namiq Əlibaba oğlunun Sumqayıt şəhəri, 13-cü mikrorayondakı 6 saylı binanın qarşısında üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib. Həmin fakta görə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini Atamalıyev Babək Teymur oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub və həmin maddə ilə ittiham elan edilməklə barəsində şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.