• Rus Dili
  • Reklam
    » » Amerikada oxumaq istəyənlər üçün Rəsulzadə təqaüd proqramı
    

    Amerikada oxumaq istəyənlər üçün Rəsulzadə təqaüd proqramı

    27-03-2016, 14:47
    Oxunub: 719
    Şərhlər: 0
    Çap versiyası
    Amerikada oxumaq istəyənlər üçün Rəsulzadə təqaüd proqramı
    Təqaüd üçün keçiriləcək müsabiqəyə istər artıq universitetlərdə təhsil alanlar, istərsə də bu il ali məktəblərə qəbul olunanlar iştirak edə bilər

    Azərbaycanlı Amerikalılar Konqresi (AAK) 2016-17-ci illər üçün Məhəmməd Əmin Rəsulzadə təqaüd proqramı elan edir.

    Konqresin yaydığı məlumatda bildirilir ki, Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan bu proqram Amerika universitetlərinin hər hansı birində təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşı, habelə ABŞ-da yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub.

    Təqaüd üçün keçiriləcək müsabiqəyə istər artıq universitetlərdə təhsil alanlar, istərsə də bu il ali məktəblərə qəbul olunanlar iştirak edə bilər.

    M.Ə.Rəsulzadə proqramının əsas məqsədi öndə gedən istedadlı Azərbaycan gənclərini öz məqsədlərinə çatmağa ruhlandırmaq, onlara arzularına gedən yolda maddi yardım göstərməkdir.

    Rəsulzadə proqramının maddi təminatçısı və icraçısı Azərbaycanlı Amerikalılar Konqresidir.

    AAK peşəkar azərbaycanlı gənclər tərəfindən Nyu-York şəhərində təsis edilmiş müstəqil qeyri-hökumət təşkilatıdır. AAK-ın məqsədi Azərbaycanda və Amerikada yaşayan gənc azərbaycanlıların imkanlarının genişləndirilməsi üçün təhsil, incəsənət, biznes, ictimai xidmət və elm sahəsinə aid yaradıcı layihələr həyata keçirməkdir.

    Bu təqaüd proqramı üçün elan olunan müsabiqədə iştirak etmək istəyən gənclər AAK-ın rəsmi veb səhifəsinə müraciət etməlidir: www.azercongress.com

    M.Ə.Rəsulzadə təqaüd proqramına müraciət etmək istəyənlər üçün son tarix 1 may 2016-cı ildir.


    meydan.tvскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.