• Rus Dili
  • Reklam
    » » Türkiyədən möhtəşəm həmlə - Bərzanidən sonra Ruhani
    

    Türkiyədən möhtəşəm həmlə - Bərzanidən sonra Ruhani

    28-03-2016, 13:06
    Oxunub: 290
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyədən möhtəşəm həmlə - Bərzanidən sonra Ruhani
    PKK-nın liderləri də daxil olmaqla Qəndil dağlarındakı terrorçuların üçdə ikisinin İrana qaçdığı bir vaxtda Türkiyə yeni diplomatık danışıqlara başlayıb.

    Avropa.info xəbər verir ki, PKK-ya qarşı mübarizədə Bərzani ilə razılıq əldə edən Türkiyə hökuməti indi də İranla mühüm danışıqlar aparır.

    Türkiyə dövlətin böyük bir qətiyyətlə cənub-şərqdə həyata keçirdiyi terror əməliyyatları ilə yanaşı PKK-ya olunan logistik dəstəyinin kəsilməsi üçün də İran və Şimali İraq rəhbərliyi ilə danışıqlar aparır.

    Əldə olunan kəşfiyyat məlumatlarına görə təşkilatın liderləri başda olmaqla Qənduldəki terrorçuların ən azı üçdə ikisinin İran ərazisində olduqları müəyyən edilib. Şimali İraq rəhbərliyi isə öz növbəsində artıq PKK ilə arasına məsafə qoymuş vəziyyətdədir.

    Hökumətdə terror əməliyyatları və təşkilatın logistik dəstəyinin kəsilməsinə dair apardığı araşdırma və analizlərin nəticəsi belədir:

    PKK ilə mübarizənin birdən çox cəbhəsi var. Xüsusilə qonşu ölkələrdən təmin olunan logistik dəstəyin kəsilməsi üçün bu ölkələrlı aparılan danışıqlar sürətləndirilib. İranın qlobal dünya ilə inteqrasiya səyinin gərəyi olaraq, PKK ilə arasına məsafə qoyması lazım olacaq. Türkiyəyə edilən son səfərdə (İran xarici işlər naziri Zərif) Türkiyənin İrandan gözlədiyi addımlar müzakirə olunub. İran tərəfi də məsələylə bağlı müsbət mesajlar verdi. Ancaq konkret olaraq bu addımlar həyata keçsə, İran dəstəyindən bəhs edilə bilər. Qəndildəki terrorçuların üçdə ikisi İranda. Əgər İran logistik dəstəyi kəssə bu böyük bir uğur olar. Buna bağlı gözləntilər var. İran prezidenti Ruhaninin önümüzdəki günlərdə planlaşdırılan Türkiyə səfəri zamanı da məsələlər gündəmə gətiriləcək.

    Digər tərəfdən Türkiyədən tez-tez diplomatik heyətlər Bərzani rəhbərliyi ilə danışıqlar aparır. Şimali İraqın da beynəlxalq cəmiyyətlə inteqrasiya ola bilməsi üçün Türkiyənin dəstəyinə ehtiyacı var. Bunun üçün Şimali İraq torpaqlarındakı PKK terrorçuları ilə arasına məsafə qoyur. Bərzani ailəsi Türkiyəyə çox yaxındır və PKK ilə mübarizədə Türkiyənin yanında olduğu düşünülür.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.