• Rus Dili
  • Reklam
    » » Azərbaycanda şəxsin narkoman olub-olmamasının yoxlanılması qaydası dəyişib
    

    Azərbaycanda şəxsin narkoman olub-olmamasının yoxlanılması qaydası dəyişib

    30-03-2016, 01:30
    Oxunub: 304
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycanda şəxsin narkoman olub-olmamasının yoxlanılması qaydası dəyişib
    Həkim-narkoloq aparılmış müayinələrə və imzaladığı rəyə görə məsuliyyət daşıyacaq

    Nazirlər Kabineti “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”nda dəyişikliklər edib.

    APA-nın məlumatına görə, Qaydaya əsasən tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkim-məsləhət komissiyası müəyyən edir.

    Dəyişikliyə əsasən bundan sonra tibbi yoxlama icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti əsasında aparıldıqda, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmaması həkim-narkoloq tərəfindən müəyyən ediləcək. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxslərin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək məqsədi ilə keçirilmiş tibbi yoxlamanın nəticəsi yoxlama aparılması haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti narkoloji müəssisəyə daxil olduğu andan 24 saat müddətində müvafiq səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həkim-narkoloq aparılmış müayinələrə və imzaladığı rəyə görə məsuliyyət daşıyacaq.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.