• Rus Dili
  • Reklam
    » » Gündə həyat yoldaşınızla üç dəfə qucaqlaşın
    

    Gündə həyat yoldaşınızla üç dəfə qucaqlaşın

    1-04-2016, 06:08
    Oxunub: 379
    Şərhlər: 0
    Çap versiyası
    Gündə həyat yoldaşınızla üç dəfə qucaqlaşın
    102 yaşlı britaniyalı Dora Rixham uzunömürlülüyünün sirrini açıqlayıb. Lenta.ru saytının xəbərinə görə, yaşlı qadın sevdikləri ilə tez-tez qucaqlaşmasını və bütün həyat situasiyaları qarşısında sakitliyini qorumasını bu səbəblər sırasında sadalayıb. O, bütün həyatı boyunca ənənəvi Britaniya yeməyi olan fiş-end-çipslə qidalanıb.

    Bu yemək onun atasına məxsus restoranda hazırlanıb: “Heç vaxt həyəcanlanmayın. Mənim kimi edin - heç nəyə baxmayaraq, özünüzü tox tutun. Kişilərə isə məsləhət görürəm ki, gündə üç dəfə öz xanımlarını qucaqlasınlar. Uzun həyatın sirri ancaq bundadır”.

    Rixam atasının restoranında 1941-cü ildə doğulub. Qadın uzun illər bu restoranda, ardınca isə pivəxanada və gül mağazasında çalışıb. 24 yaşında ərə gedən Rixam dünyaya iki oğlan uşağı gətirib. Onun əri də 81 il yaşayıb. Maraqlıdır ki, 2015-ci ilin avqustunda Nyu-Cersi ştatının sakini, 110 yaşlı Aqnes Fenton uzunömürlülüyünün sirrini müntəzəm olaraq spirtli içki qəbul etməklə izah etmişdi. O demişdi ki, son 70 ildə hər gün üç bakal pivə və viski içib. Onun sevimli yeməkləri isə toyuq qanadı, yaşıl lobya və şirin kartof olub.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.