• Rus Dili
  • Reklam
    » » “Real” səfərdə “Barselona”nı məğlub edib
    

    “Real” səfərdə “Barselona”nı məğlub edib

    3-04-2016, 02:18
    Oxunub: 410
    Şərhlər: 0
    Çap versiyası
    “Real” səfərdə “Barselona”nı məğlub edib

    Bu gün İspaniya çempionatının XXXI turu çərçivəsində mərkəzi görüş oynanılıb.

    AZƏRTAC xəbər verir ki, dünyanın maraqla izlədiyi El-Klassiko derbisində “Barselona” Madridin “Real” klubunu qəbul edib. Say etibarı ilə baş tutan 231-ci derbidə qalib tərəf İspaniyanın paytaxt komandası olub. Maçta azlıqda olmaqlarına rəğmən 1:2 hesabı ilə qələbə qazanan “Real” Katalon təmsilçisinin 39 oyunluq məğlubiyyətsizlik seriyasına da son qoyub. Kral klubunun qələbəsi ilk El-Klassiko həyəcanı yaşayan baş məşqçı Zinəddin Zidan üçün də əlamətdar olub. Gərgin keçən görüşün birinci hissəsində qapılara qol vurulmayıb. Oyunun 57-ci dəqiqəsində Jerar Pike dəqiq baş zərbəsi ilə meydan sahiblərini hesabda önə çıxardıb. Hücumlarını artiran qonaqlar 5 dəqiqə sonra Kərim Benzemanın gözəl qolu ilə oyunda tarazlığı bərpa ediblər. Derbidə son nöqtəni portuqalıyalı ulduz Ronaldo qoyub. O, 85-ci dəqiqədə vurduğu qolla komandasının qələbəsini rəsmiləşdirib. Beləliklə, 31 turdan sonra “Barselona” 76 xalla yenə turnir cədvəlinə başçılıq edir. Madridlilər isə 69 xalla üçüncü pillədə qərarlaşıblar.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.