• Rus Dili
  • Reklam
    » » İsti çay için ki ...
    

    İsti çay için ki ...

    5-04-2016, 23:18
    Oxunub: 1 556
    Şərhlər: 0
    Çap versiyası
    İsti çay için ki ...
    Yeməklərdən sonra isti çay, ya da su içmək insanı ürək və beyin-damar xəstəliklərindən qoruyur. Həm də bir çox ölkələrdə də yeməklərdən sonra çay içmək bir adətdir. Çinlilər və yaponlar da yeməkdən sonra soyuq su deyil, isti çay içirlər. Bizdə də yeməkdən sonra çay içmək mütləqdir.
    Yemək arasında su içmək zərərli deyil. Belə ki, yeməklərdən sonra su, qazlı sular, ayran və buna bənzər soyuq şeylər içmək damar xəstəliklərinə səbəb ola bilir. Yeməkdən sonra soyuk bir şey içmək sizi rahatlada bilər, ancaq istifadə etdiyiniz soyuq su qatılaşaraq yağlı bir maddə halına gəlir və gec həzm olunur.
    Alınan qidaların mədədə ya da nazik bağırsaqda ən yaxşı şəkildə sağlam olaraq həzm edilməsi üçün, öncə bunlar mədədə olan kimyəvi turşu və fermentlərlə çox yaxşı parçalanmalıdır. Bu sistemin sağlam "işləməsi" üçün də istiyə ehtiyacı vardır.
    Qidaları parçalayacaq fermentlər isti vəziyyətdə funksiyalarını çox yaxşı yerinə yetirərkən, soyuq halda "işlərini tam görə bilmirlər." Qidalar tam parçalanmaz və qana keçən molekullar yaxşı parçalanmadıqları üçün də damarlarda xolesterol ya da yağ zərrəcikləri halında toplanırlar. Bu isə irəliləyən zaman müddətində orqanizmdə damar xəstəliklərinin (infarkt, beyin-damar xəstəlikləri kimi) yaranmasına səbəb olur. Bədənin gənc və dinamik qalması yaşlanmanın gecikməsi üçün damar divarlarının sağlam olması şərtdir. Çünkü bütün enerji hissəcikləri və hüceyrələr üçün lazım olan oksigen orqanizmin damarları sayəsində faydalı olur.
    Damarlar nə qədər təmiz olursa, toxumaların qidalanması da o qədər mükəmməl olur. Toxumalar nə qədər yaxşı qidalansa, orqanizm də o qədər sağlam olar və ömür uzanar. Bu səbəbdən yeməklərdən sonra çay kimi isti bir içkinin qəbul edilməsi mədə və bağırsaqda yağların tam əriməsinə və damar divarlarına yapışmadan enerji molekulları halında toxumalara daşınmasına səbəb olur.
    Eyni şəkildə yeməkdən qabaq içilən şorbalar da yağların tam əridilməsinə yardım edir. İçilən çay isə açıq, ya da ən çox normal rəngdə olmalıdır, çox tünd çay içmək zərərlidir. Demək ki, yeməklərdən sonra açıq ya da azacıq isti çay içmək ömrü uzadır, yaşlanmanı və artıq irəliləyən yaşlarda müşahidə edilən yüksək təzyiq, ürək və damar, Altsheymer kimi xəstəlikləri də olduqca azaldır.
    Belə ki, gecə yatmazdan qabaq çayı heç tövsiyə etmirik, çünki tərkibindəki kofein sayəsində yuxu pozğunluğu yaranır. Buna görə də yatmazdan öncə mütəxəssislər isti çay yerinə yağsız, isti südü məsləhət görür.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.