• Rus Dili
  • Reklam
    » » Fransa Senatından bəyanat: Ermənistan Azərbaycanın 7 rayonundan çıxmalıdır
    

    Fransa Senatından bəyanat: Ermənistan Azərbaycanın 7 rayonundan çıxmalıdır

    9-04-2016, 22:04
    Oxunub: 1 740
    Şərhlər: 0
    Çap versiyası
    Fransa Senatından bəyanat: Ermənistan Azərbaycanın 7 rayonundan çıxmalıdır
    Fransalı senator, Müluz Aqlomerasiyasının prezidenti Jan Mari Bokel aprelin 1-dən 2-nə keçən gecə Ermənistan tərəfindən həyata keçirilmiş hərbi təxribatı pisləyən bəyanat yayıb.

    Agxeber.com APA-ya istinadla xəbər verir ki, Bokel bu təxribat nəticəsində azərbaycanlı əsgərlərin və mülki vətəndaşların həlak olması ilə bağlı kədərləndiyini bildirib.

    Senator Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğalı və yeni insan itkiləri ilə əlaqədar başsağlığı ifadə edib:

    "Münaqişənin sülh yolu ilə ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməməsinə ATƏT-in Minsk Qrupu həmsədrlərinin kifayət qədər diqqət yetirməməsi, bu səbəbdən də qəbuledilməz status-kvonun uzun illər qalması və bunların nəticəsində bu gün faciəvi qarşıdurmanın baş tutması çox kədər doğurur. Ermənistan beynəlxalq hüquqa, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasına hörmətlə yanaşmalıdır. Ermənistan hərbi qüvvələri Azərbaycanın qeyri-qanuni işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonundan sülh yolu ilə çıxarılmalıdır".
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.