Kanadada Ermənistan əleyhinə etiraz aksiyası keçirilib » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Kanadada Ermənistan əleyhinə etiraz aksiyası keçirilib
    

    Kanadada Ermənistan əleyhinə etiraz aksiyası keçirilib

    11-04-2016, 08:39
    Oxunub: 370
    Şərhlər: 0
    Çap versiyası
    Kanadada Ermənistan əleyhinə etiraz aksiyası keçirilib
    Kanadanın Ontario əyalətinin paytaxtı Torontonun mərkəzində Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni təcavüzünün yenidən başlanması və erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yaşayan mülki əhalini hədəfə alan son hərbi təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib.

    Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən "Report"a verilən məlumata görə, aksiyada Toronto və onun ətraf rayonlarında yaşayan soydaşlarımız, o cümlədən azərbaycanlı tələbələr və türk icmasının üzvləri iştirak ediblər.

    Əllərində Azərbaycan, Türkiyə və Kanada bayraqlarını dalğalandıran aksiya iştirakçıları Kanada Hökumətini və beynəlxalq təşkilatları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyri qanuni işğalına biganə qalmamağa və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb etməyə çağırıblar.

    Tədbir zamanı erməni hərbçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına qarşı “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, “Qarabağ bizimdir, bizim olacaq”, “Ya Qarabağ, ya ölüm” kimi şüarlar səsləndirilib.
    Eyni zamanda, əllərində “əllərinizi Qarabağdan çəkin”, “Oyan Kanada, ədaləti və Azərbaycanı dəstəklə!”, “Ermənistan, BMT-nin qətnamələrinə tabe ol və qoşunlarını Qarabağdan çək”, “23 illik qeyri-qanuni işğala son qoyulmalıdır” və s. oxşar şüarlı plakatlar olan aksiya iştirakçıları Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasətə son qoyulmasını tələb ediblər.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.