• Rus Dili
  • Reklam
    » » Levandovski qəzaya düşüb
    

    Levandovski qəzaya düşüb

    14-04-2016, 13:30
    Oxunub: 347
    Şərhlər: 0
    Çap versiyası
    Levandovski qəzaya düşüb
    "Bavariya"nın futbolçusu Robert Levandovski Çempionlar Liqasının 1/4 finalında "Benfika" ilə cavab oyunundan (2:2) bir neçə gün əvvəl avtomobil qəzasına düşüb.

    Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun idman direktoru Mattias Zammer məlumat verib.

    M.Zammer onu da bildirib ki, R.Levandovskinin Portuqaliya klubu ilə matçda ehtiyatda olmasının səbəbi bu hadisə olmayıb:

    "Levandovskinin start heyətdə yer almayacağını bilmirdim. Yol-nəqliyyat hadisəsi çon insanı başına gəlir. Ancaq bu, məşhur futbolçularda nadir hallarda olur. Levandovski ilə hər şey qaydasındadır. Bu, kiçik hadisə idi. Həmin hadisə Qvardiolanın qərarına təsir etmədi".

    Qeyd edək ki, R.Levandovski "Benfika" ilə cavab oyununda meydana 84-cü dəqiqədə daxil olub. O, Tomas Mülleri əvəzləyib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.