• Rus Dili
  • Reklam
    » » Yaponiyada baş vermiş zəlzələdə 9 nəfər ölüb - Yenilənib
    

    Yaponiyada baş vermiş zəlzələdə 9 nəfər ölüb - Yenilənib

    15-04-2016, 08:35
    Oxunub: 347
    Şərhlər: 0
    Çap versiyası
    Yaponiyada baş vermiş zəlzələdə 9 nəfər ölüb - Yenilənib
    Yaponiyanın Kumamoto prefekturasında baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 9-a, yaralıların isə 760-a çatıb.

    APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Tokioda mətbuat konfransında hökumətin baş katibi Yosixido Suqa bildirib.

    Zəlzələnin episentri Küsü adasının Kumamoto prefekturasında, 20 km dərinlikdə qeyd alınıb.

    Qeyd edək ki, 6,5 bal gücündə zəlzələ baş verdikdən bir müddət sonra ardıcıl olaraq 4,2, 4,5, 5, 5,7 və 6,4 bal gücündə afteşok qeydə alınıb.


    ***

    Yaponiyanın Kumamoto prefekturası yaxınlığında baş verən güclü zəlzələ nəticəsində 3 nəfər ölüb.

    ANS PRESS-in məlumatına görə, 6,5 bal gücündə baş vermiş zəlzələ nəticəsində dağılan evlərin sayı 20-ə çatıb.

    Yeraltı təkanlardan ən çox Masiki qəsəbəsi zərər çəkib. Burada 20 binanın uçduğu, yanğınların baş verdiyi və magistral yolun sıradan çıxdığını bildirilir.

    Təbii faciə nəticəsində təxminən 200 yerli sakin zərər çəkib. Zəlzələnin episentri Küsü adasında 20 km dərinlikdə qeydə alınıb.

    Zəlzələdən zərər çəkənlərin axtarışı üçün yerli hakimiyyət 390 hərbi qulluqçunu hadisə yerinə cəlb edib. Zəlzələlərin seriyasından sonra müxtəlif güclü 54 qalıq təkan olub. Qeyd edilir ki, təkanlar davam edə bilər.

    Yaponiyada baş vermiş zəlzələdə 9 nəfər ölüb - Yenilənibскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.