• Rus Dili
  • Reklam
    » » Keçmiş SSRİ-dən gedənlər Almaniyadan 1 milyard avro oğurladılar
    

    Keçmiş SSRİ-dən gedənlər Almaniyadan 1 milyard avro oğurladılar

    18-04-2016, 01:57
    Oxunub: 352
    Şərhlər: 0
    Çap versiyası
    Keçmiş SSRİ-dən gedənlər Almaniyadan 1 milyard avro oğurladılar
    Keçmiş SSRİ-dən gəlmiş insanlardan təşkil olmuş cinayətkar qruplar Almaniyanın sosial kassasından təxminən 1 milyard avro pul oğurlayıblar.

    ANS PRESS-in məlumatına görə, bu barədə “Deutsche Welle” Almaniya federal cinayət işləri idarəsinin istintaqına əsasən bildirir.

    “Deutsche Welle”nin yazdığına görə, Almaniya federal cinayət işləri idarəsi rus mafiyası ilə əlaqələri olan cinayət qruplarının fəaliyyətini araşdırır. Müstəntiqlər müəyyən ediblər ki, cinayətkarlar sığorta kassalarından fırıldaq yolu ilə pul çəkmək üçün müxtəlif üsullar işlədiblər.

    Onların istifadə etdiyi üsullardan biri göstərilən tibbi xidmət hesabatlarının saxtalaşdırılması, həmçinin oyunlarına yalandan özlərini xəstə kimi göstərən pasientləri cəlb etmək olub. Daimi qayğı tələb edən hər bir pasiyentə görə isə cinayətkarlar ayda göstərilməmiş xidmətə görə 15 min avro əldə ediblər.
    Keçmiş SSRİ-dən gedənlər Almaniyadan 1 milyard avro oğurladılar

    Sənədlər göstərir ki, cinayət qruplaşmaları bütün ölkədə fəaliyyət göstəriblər, amma cinayətlərin ən çoxuna Berlində, Şimali Reyn-Vestfaliya torpağında, həmçinin Aşağı Saksoniyada rast gəlinir.

    İstintaq müəyyən edib ki, daimi qayğı tələb edən pasyientlərə Almaniya sığorta kassaları tərəfindən ödənən hər beş avrodan biri qanunsuz şəkildə "rusdilli" cinayətkarlara gedir.

    Federal statistika qurumunun (Destatis) məlumatına görə, Almaniyada 2,63 milyon adam ambulator və ya daimi qayğıya ehtiyac duyur. Onların 764 mini xüsusi müəssisədə - ahıllar evlərində və ya internatlarla yaşayır. Almaniyada 13 030 bu cür müəssisə və pasiyentlərə qulluq üçün 12 745 ambulator xidmət müəssisəsi olub.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.