• Rus Dili
  • Reklam
    » » Azərbaycanda içkinin ixrac və idxalı 2 dəfə azalıb
    

    Azərbaycanda içkinin ixrac və idxalı 2 dəfə azalıb

    18-04-2016, 13:53
    Oxunub: 435
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycanda içkinin ixrac və idxalı 2 dəfə azalıb
    Bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.
    Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2016-cı ilin ilk rübündə 2 511,74 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 2 454,28 min dollar yaxud 49,42% (təxminən 2 dəfə) azdır.
    Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,14%-ni təşkil edib.
    Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 6 135,96 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-cü il ilə müqayisədə 6 938,93 min dollar və ya 53,07% (2,13 dəfə) azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,34% təşkil edib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.