• Rus Dili
  • Reklam
    » » Azərbaycan yığmasının baş məşqçisi yenə əcnəbi olacaq
    

    Azərbaycan yığmasının baş məşqçisi yenə əcnəbi olacaq

    19-04-2016, 17:22
    Oxunub: 315
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycan yığmasının baş məşqçisi yenə əcnəbi olacaq
    “Tino Peresin yığmadan getmək məsələsi çoxdan idi gündəmdə idi. Ancaq mötəbər oyunlarla əlaqədar bunu təxirə salırdıq”. Bunu apasport.az saytına Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.

    Futzal üzrə yığma komandamızın baş məşqçisi Tino Pereslə yeni müqavilə imzalanmamağına münasibət bildirən federasiya prezidenti bunun ailə vəziyyəti ilə əlaqədar olduğunu söyləyib: “Peres hələ ötən ilin noyabr ayında mənimlə görüşərək ayrılmaq istədiyini demişdi. Ailə vəziyyəti ilə əlaqədar vətəninə yollanmaq istəyirdi. Lakin sonradan elə oldu ki, burda qaldı. Dünya çempionatının pley-off mərhələsində Hollandiya ilə ilk qarşılaşmadan əvvəl də onun ayrılması gündəmə gəldi. Onun israrlı xahişini nəzərə alıb, indi ayrılmağa razılıq verdik. Ortada ailə vəziyyəti varsa, biz buna nə edə bilərik. Onunla il yarım birlikdə çalışdıq. Millimizə xidmətlərinə görə təşəkkür etdik və vidalaşdıq”.

    Axundov yeni baş məşqçi məsələsində narahatlıq keçirmədiklərini bildirib: “Azərbaycan yığması dünya reytinqində yüksək yerlərdə qərarlaşır. Üstəlik, sentyabr-oktyabr aylarında dünya çempionatının final mərhələsində iştirak edəcəyik. Hər bir məşqçi dünya çempionatına vəsiqə qazanan komandada çalışmağı özünə şərəf bilər. Yeni baş məşqçi məsələsini gələn ayın 15-dək müəyyənləşdirməyi düşünürük. Yeni çalışdırıcımız əcnəbi olacaq. İyunda isə mundiala hazırlığa start götürəcəyik”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.