• Rus Dili
  • Reklam
    » » Rusiyada məşhur azərbaycanlı göz həkimini vəhşicəsinə döydülər
    

    Rusiyada məşhur azərbaycanlı göz həkimini vəhşicəsinə döydülər

    19-04-2016, 17:37
    Oxunub: 329
    Şərhlər: 0
    Çap versiyası
    Rusiyada məşhur azərbaycanlı göz həkimini vəhşicəsinə döydülər
    Rusiyada, Bağqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində dünya şöhrətli göz cərrahı Emin Usubov vəhşicəsinə döyülüb.

    12 illik iş stajına malik azərbaycanlı həkim hazırda reanimasiyadadır. Onu xəstəxanaya aprelin 18-dən 19-na keçən gecə çatdırıblar. Virtualaz.org xəbər verir ki, məlumatı Rusiya mətbuatı verib.

    İstintaqın ilkin versiyasına görə, yüzlərlə insanın gözünü xilas etmiş dünya şöhrətli həkim axşam vaxtı evinə qayıdırmış. Gözlənilmədən bir neçə şəxs ona hücum edib. Hücum edənlər həkimi vəhşicəsinə döyüblər. Emin Usubovun çənə və almacıq sümükləri, burnu sınıb.

    Həkim hələ ki özünə gələ bilməyib, Emin Usubova hücumun şahidləri yoxdur və bu amillər cinayətkarların axtarışını çətinləşdirir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.