• Rus Dili
  • Reklam
    » » Neftçalada avtomobil istehsal ediləcək
    

    Neftçalada avtomobil istehsal ediləcək

    21-04-2016, 15:59
    Oxunub: 554
    Şərhlər: 0
    Çap versiyası
    Neftçalada avtomobil istehsal ediləcək
    Azərbaycan və İran şirkətləri avtomobil və onun ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlıq edəcək.

    Bu haqda «Report» xəbər verir.

    Aprelin 21-də Bakıda «Azeurocar» MMC ilə İranın «Iran Khodro» şirkəti arasında anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən, şirkətlər Azərbaycanda minik avtomobilləri və ehtiyat hissələri buraxacaqlar.

    İlkin olaraq layihə üzrə istehsal ediləcək avtomobil modellərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi nəzərdə tutulur.

    Avtomobil zavodu iki ilə tikilməlidir.

    Hazırda Azərbaycanda Naxçıvan Muxtar Respublikasında avtomobil istehsal olunur. Əsası 2006-cı ildə qoyulan Naxçıvan Avtomobil Zavodu 2009-cu ilin mayında Çinin «Chongqing Lifan Industry» avtomobil korporasiyası ilə müqavilə imzalayıb. Həmin müqavilə əsasında «Lifan» markalı minik avtomobillərinin yığılmasına başlanıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.