Yəhudilər sinaqoqu müsəlmanlara satdı - FRANSADA QƏRİBƏ HADİSƏ » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Yəhudilər sinaqoqu müsəlmanlara satdı - FRANSADA QƏRİBƏ HADİSƏ
    

    Yəhudilər sinaqoqu müsəlmanlara satdı - FRANSADA QƏRİBƏ HADİSƏ

    1-05-2016, 12:16
    Oxunub: 435
    Şərhlər: 0
    Çap versiyası
    Yəhudilər sinaqoqu müsəlmanlara satdı - FRANSADA QƏRİBƏ HADİSƏ
    Fransanın Marsel şəhərinin yəhudi icması şəhərin mərkəzində yerləşən sinaqoqu müsəlmanların "Əl Bədr" mədəni assosiasiyasına satıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bina bundan sonra məscid kimi fəaliyyət göstərəcək.

    "Son 20 ildə biz yəhudi millətindən olan insanların şəhərin başqa bölgələrinə yerləşməsini müşahidə etdik. Mən binanın satılmasına müsbət yanaşıram. Tanrı hamı üçün eynidir", - deyə Marselin Yəhudi icmasının rəhbəri Tsivi Ammar bildirib.

    Sinaqoqu almaq üçün müsəlmanlar 400 min avro ödəyiblər. Onlara sinaqoqun yerləşdiyi küçədə kiçik məscidin nəqliyyatın və piyadaların hərəkətinə mane olduğu barədə xəbərdarlıqlar edilib.

    Or Tora sinaqoqu illərdir boş qalıb. Bina 1960-c illərdə, Əlcəzairdən Fransaya yəhudilərin kütləvi köçündən sonra inşa edilib. Bu illər ərzində Marseldəki sinaqoqların sayı 32-dən 58-ə yüksəlib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.