• Rus Dili
  • Reklam
    » » Türkiyədə bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 1 polis şəhid olub, 23 nəfər yaralanıb - YENİLƏNİB
    

    Türkiyədə bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 1 polis şəhid olub, 23 nəfər yaralanıb - YENİLƏNİB

    1-05-2016, 13:31
    Oxunub: 459
    Şərhlər: 1
    Çap versiyası
    Türkiyədə bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 1 polis şəhid olub, 23 nəfər yaralanıb - YENİLƏNİB
    Bu gün səhər saatlarında Türkiyənin Gaziantep şəhərində bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində ölən və yaralananlarla bağlı son statistika açıqlanıb.

    APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Gaziantep Valiliyi partlayış nəticəsinə 1 polisin şəhid olduğunu açıqlayıb.

    Yaralıların sayı isə 23 nəfərdir. Yaralıların 19-u polis əməkdaşı, 4-ü mülki şəxsdir.

    Terror aktının 1-i canlı bomba olmaqla, 3 İŞİD terrorçusu tərəfindən həyata keçirildiyi iddia olunur.
    ***
    saat 11.14

    Bakı-APA. Bu gün Türkiyənin Gaziantep şəhərində bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

    APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Gaziantep Valiliyi partlayış nəticəsinə 1 polisin şəhid olduğu, 9-u polis, 13 nəfərin yaralandığını açıqlayıb.
    Partlayışdan sonra atəş səsləri eşidilib. Polis partlayışdan sonra şüşələri sınmış ağ rəngli bir avtomobili axtarır.
    ***
    saat 10.59
    Bakı-APA. Bu gün Türkiyədə bomba yüklü avtomobilə partlayış törədilib.

    APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış Gaziantep Polis İdarəsinin binası qarşısında törədilib.

    Polis idarəsindən 100 metr məsafədə törədilən şiddətli partlayış nəticəsində ətrafdakı binaların pəncərələrinin şüşələri sınıb. Partlayış baş verən əraziyə çoxlu sayda təcildi tibbi yardım maşınları göndərilib. İlkin məlumatlara görə 6-ı polis əməkdaşı olmaqla, 6 yaralı var.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
    Şərhlər (1)
    
    erectile_dysfunction 23 sentyabr 2016 13:12
    Like that looking around for erectile dysfunction to treat your impotence is simpler than ever before.
              1
    комментариев публикаций