• Rus Dili
  • Reklam
    » » Müsavatın Məclis üzvü partiya sıralarından istefa verib
    

    Müsavatın Məclis üzvü partiya sıralarından istefa verib

    6-05-2016, 15:47
    Oxunub: 714
    Şərhlər: 0
    Çap versiyası
    Müsavatın Məclis üzvü partiya sıralarından istefa verib

    Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin gənclərlə iş üzrə sabiq müşaviri, təşkilatın Məclis üzvü Rüfət Hacıbəyli partiya sıralarından istefa verib.
    Bu barədə "Report"a R.Hacıbəyli özü bildirib.
    O, istefasını Müsavat Partiyasının VIII qurultayından sonra baş verənlərlə əlaqələndirib: "2004-ci ildən Müsavat Partiyasının üzvüyəm. Həmişə partiyanın mənafeyini, müsavatçılıq idealogiyasını uca tutmuşam. Təssüflər olsun ki, 2013-cü ilin ortalarından başlayaraq, partiya rəhbərliyinin yürütdüyü yanlış siyasət, qurultaydan sonra partiyanın düşdüyü durum o qədər də xoş bir görüntü yaratmadı. Partiyada aparılan siyasət onun hədəfləri, mübarizəsi ilə uyğun gəlmədiyi üçün partiya ilə yollarımı ayırıram, müsavatçı dostlarıma apardıqları mübarizədə uğur arzu edərək, Müsavat partiyasından istefa verdiyimi bəyan edirəm
    Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü ilin sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib.Digər namizəd Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı isə 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə “Ağ blok” yaratdığını elan edib. O, da Müsavatdan istefa verib. Hazırda "Ağ blok" partiyaya çevrilir. R.Hacıbəyli də T.Abbaslının tərəfdarlarındandır.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.