Əliyev rejimi Rusiya yönümlü deyil. - Əhəd MƏMMƏDLİ » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Əliyev rejimi Rusiya yönümlü deyil. - Əhəd MƏMMƏDLİ
    

    Əliyev rejimi Rusiya yönümlü deyil. - Əhəd MƏMMƏDLİ

    10-05-2016, 12:34
    Oxunub: 710
    Şərhlər: 0
    Çap versiyası
    Əliyev rejimi Rusiya yönümlü deyil. - Əhəd MƏMMƏDLİ


    Əhəd Məmmədli
    "Svilizasiyala və konfliktlər" analitik mərkəzinin
    rəhbəri

    Əliyev rejimi Rusiya yönümlü deyil.

    İllərdir ki, müxalifətimiz iqtidarımızı Rus yönümlülükdə ittiham edir. Amma, 1993-cü ildən bu yana nəzər yetirsək, görərik ki, bu heç də belə olmayıb. Düzdür, Heydər Əliyev hakimiyyətə gələn kimi Azərbaycanı MDB-yə üzv etdi, amma bununla bərabər neft sazişini Qərb korporasiyaları ilə imzaladı və Azərbaycanın iqtisadi gələcəyini Qərblə bağladı. Azərbaycan ABŞ-ın İraq və Əfqanıstan hərbi kampaniyalarına qoşuldu. Azərbaycan ərazisində Amerika qırıcıları üçün yanacaq doldurmaq imkanları yaratdı. Milli ordumuz NATO standartlarına keçidə başladı. İlham Əliyev də atasının bu siyasətini davam etdirdi. Bütün bu işlər təbii Rusiyanı qıcığlandırmamaq şərti ilə görülürdü. Göz önündə acı Saakaşvili təcrübəsi var idi. Düzdür, daxildən diktatura güclənirdi, partiya, mətbuat və QHT-lər bir-bir sıradan çıxarılırdı. Amma, burada vaxtı ilə Qərbin də Azərbaycana aid səhv siyasətinin günahı var idi. Rejimin daxilində demokratiyaya səlib yürüşünə Qərb göz yumdu. Gözlərini açanda isə, artıq iş-işdən keçmişdi. Üstəlik neftin yüksək qiyməti və Putinin revanş həmlələri Azərbaycan iqtidarındakı 5-ci kalonu çox cəsarətləndirmişdi. Neftin qiymətinin aşağı düşməsi, açıq müstəvidə Qərb-Rusiya, Türkiyə-Rusiya konfrontasiyası, manatın ucuzlaşması İlham Əliyevi nəhayət ki, göylərdən yerə endirdi. ABŞ-a son səfəri, ondan əvvəl siyasi məhbusların bir qisminin buraxılması yeni Qərb-Azərbaycan münasibətlərindən xəbər verir.
    YAP hakimiyyəti bütövlükdə rus yönlü olsaydı, yuxarıda qeyd edildiyi kimi, neft müqavilələri Qərblə imzalanmazdı, Azərbaycan NATO-nun Əfqanıstan, İraq hərbi alyanslarında yer almazdı, Ermənistan kimi AİB və KTMT-yə üzv olardı. Yəni söhbət burada Rusiyanın Azərbaycanı tam öz tərəfinə çəkməsindən getmir, ruslar bunun mümkünsüzlüyünü gözəl bilirlər. Çünki Azərbaycan Ermənistan deyil ki, Rusiyadan tam asılı olsun. Rusiya sadəcə çalışır ki, Azərbaycanı tam Qərbin nəzarətinə düşməkdən qurtarıb, neytral, balans xarici siyasətində saxlasın. Lakin, vəziyyət o həddə çatıb ki, 4 günlük müharibədən sonra Azərbaycanın əvvəlki xarici siyasətinə qayıtması qeyri-mümkündür, bunu Azərbaycanın özü də, Qərb də, Rusiya da anlayır.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.