• Rus Dili
  • Reklam
    » » Banqladeşdə İslam Partiyasının lideri edam edilib
    

    Banqladeşdə İslam Partiyasının lideri edam edilib

    11-05-2016, 11:46
    Oxunub: 504
    Şərhlər: 0
    Çap versiyası
    Banqladeşdə İslam Partiyasının lideri edam edilib
    Banqladeşdə dünyanın ən böyük müsəlman təşkilatlarından biri olan İslam Partiyasının lideri Motiur Rahman Nizami asılaraq edam edilib.

    O 1971-ci ildə Pakistanla müstəqillik müharibəsi zamanı soyqırım və başqa cinayətlər törətməkdə ittiham olunmuşdu.
    Ədliyyə naziri Anisul Haq Reuters agentliyinə deyib ki, Camaate-İslami partiyasının rəhbəri Nizami,Dəkkənin Mərkəzi Həbsxanasında edam edilib.
    Müxalifət lideri Khaleda Zia-nın hökumətində nazir olmuş 73 yaşlı Nizami barəsində ölüm hökmü 2014-cü ildə çıxarılmşdı.
    baş nazir Sheikh Hasinanın sərəncamı ilə yaradılmış hərbi cinayətlər tribunalı bir sıra müxalifətçilər və Camaate-İslami üzvləri tərəfindən kəskin tənqid edilirdi.

    Reuters xəbər verir ki, edam hökmünün icrası əsnasında Dəkkə və başqa böyük şəhərlərin küçələrinə çoxsaylı təhlükəsizlik və polis qüvvələri çıxarılmışdı.

    Bundan əvvəlki hökmlərlə bağlı baş verən etirazlarda indiyədək 200 nəfər həlak olub.

    Banqladeş hələ Şərqi Pakistan olanda

    Xəbər verilir ki, 2013-cü ildən bəri Banqladeşdə 5 müxalifət nümayəndəsi edam edilib. Onlardan 4-ü Camaate-İslami partiyasının üzvləri idilər.

    Partiya üzvləri bildirirlər ki, Nizamiyə qarşı ittihamlar əsassız idi və o siyasi qisasın qurbanı olub.

    Partiya bu edama etiraz olaraq ölkə boyunca tətilə çağırıb.

    ABŞ Dövlət Departamenti bəyan edib ki, 1971-ci ilin cinayətləri üçün ədalətin icrasından məmnundur, lakin belə mühakimələr açıq və şəffaf keçirilməlidir. Həmin müharibədə Camaate-İslami,hələ Şərqi Pakistan adlanan Banqladeşin Qərbi Pakistandan ayrılmasına qarşı çıxmışdı. (azadliq.org)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.