• Rus Dili
  • Reklam
    » » Bu il tələbə qəbulunda yenilik olacaq
    

    Bu il tələbə qəbulunda yenilik olacaq

    12-05-2016, 20:59
    Oxunub: 669
    Şərhlər: 0
    Çap versiyası
    Bu il tələbə qəbulunda yenilik olacaq
    Bu il Azərbaycanda xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul zamanı yeniliklər tətbiq ediləcək.

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbə müdiri Natiq Əliyev APA-ya deyib ki, 2016/2017-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı əvvəlki illərdən fərqli olaraq, seçmə turlar keçirilməyəcək. Bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin onlayn qeydiyyatı aparılacaq ki, bu da abituriyentlərə elektron xidmətdən istifadə edib rahat qeydiyyatdan keçməsinə imkan yaradır.

    N. Əliyev qeyd edib ki, abituriyentlər öz ixtisas qruplarına uyğun olaraq, ümumi qaydada elektron ərizə doldurub təsdiqini təmin etdikdən sonra TQDK-nın saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş link vasitəsi ilə qeydiyyatdan keçməlidirlər: “Abituriyentlər onlayn qeydiyyatdan keçdikdən sonra onların sayı müəyyənləşəcək və buna uyğun olaraq gün təyin edilərək qabiliyyət imtahanlarına cəlb ediləcəklər. Elektron qeydiyyat ali təhsil müəssisələrinin I qrup “memarlıq” ixtisası üzrə – aprelin 15-dən 30-dək, ali təhsil müəssisələrinin V qrup ixtisasları üzrə – mayın 6-dan 19-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 20-dən iyunun 2-dək aparılacaq. Qabiliyyət imtahanlarında yerinə yetirilməsi tələb olunan tapşırıqlar, qiymətləndirilmə meyarları və digər məlumatlar TQDK-nın vəsaitlərində verilmiş, həmçinin abituriyentləri məlumatlandırmaq üçün müvafiq ali təhsili müəssisələrində qabiliyyət imtahanları ilə əlaqədar məsləhət saatları keçiriləcək. Bu haqda ali təhsili müəssisələrinin internet saytlarında məlumat verilir”.

    Şöbə müdiri əlavə edib ki, qeydiyyatdan keçmiş abituriyentlər qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak etməlidirlər. Onun sözlərinə görə, imtahanda topladığı ballar TQDK tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar. Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə şərtləri və digər məlumatlar “Abituriyent” jurnalının 2016-cı il tarixli 2-ci sayında, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri “Abituriyent” jurnalının 3-cü sayında nəşr edilib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.