• Rus Dili
  • Reklam
    » » İqbal Ağazadənin seçki kampaniyasına müdaxilə məsələsi böyüyür
    

    İqbal Ağazadənin seçki kampaniyasına müdaxilə məsələsi böyüyür

    14-05-2016, 09:37
    Oxunub: 488
    Şərhlər: 0
    Çap versiyası
    İqbal Ağazadənin seçki kampaniyasına müdaxilə məsələsi böyüyür
    “Artıq işlə prokurorluq məşğuldur”
    9 saylı Ağdaş seçki dairəsindən Ümid Partiyasının deputatlığa namizədi İqbal Ağazadənin namizədliyinin qeydə alınması üçün toplanan imzalar və digər sənədlər mayın 14-də 90 saylı DSK-ya təqdim olunacaq. Bu barədə “Yeni Müsavat”a açıqlamasında İqbal Ağazadə məlumat verib.

    İ.Ağazadənin dediyinə görə, onun seçki kampaniyasına müdaxilə və səlahiyyətli nümayəndələrinə qarşı qanunsuzluqlarla bağlı şikayət materialları Ağdaş Rayon Polis Şöbəsindən alınaraq Ağdaş Rayon Prokurorluğuna verilib: “Bu da o deməkdir ki, ibtidai araşdırma zamanı hüquq pozmalara rast gəlinib. Artıq işlə prokurorluq məşğuldur. O cümlədən partiya olaraq da səlahiyyətli nümayəndələrimiz baş verən qanunsuzluqlarla bağlı respublikanın daxili işlər nazirinə və baş prokurora müraciət ediblər. Həmçinin MSK-ya təxminən 5 şikayətimiz göndərilib. Dairə Seçki Komissiyasına şikayətlərimiz verilib. Proses davam edir”.

    İ.Ağazadə 90 saylı Dairə Seçki Komissiyasının faktiki olaraq öz vəzifəsini yerinə yetirmədiyini, rayon icra hakimiyyətinin başçısının birinci müavinindən asılı olduğunu vurğuladı: “Əslində Dairə Seçki Komissiyası formalaşarkən MSK Seçki Məcəlləsinin tələblərini nəzərə almalı idi. Düzdür, Seçki Məcəlləsində məsələ imperativ şəkildə qoyulmayıb, amma MSK nəzərə almağa borclu idi ki, 90 saylı dairədə 1 noyabrda keçirilən seçkinin nəticələri qanunsuz hallara görə ləğv edilib. Ona görə də DSK köhnə tərkibdən təşkil olunmamalı idi. Bu adamlar bir dəfə seçkini düzgün keçirə bilməyiblər. İndi də DSK öz funksiyasını yerinə yetirə bilmir, rayon icra hakimiyyəti başçısının birinci müavinindən asılıdır. Birinci müavin isə deputatlığa namizəddir. DSK deputatlığa namizəd olan icra başçısının birinci müavini Cavid Osmanovun nəzarəti altında fəaliyyət göstərir. Şikayətləri hətta belə, götürməkdən qorxur. Mayın 12-də bizə daxil olan məlumata görə, namizədlərdən biri dislokasiya olmayan yerdə imza yığıbmış. Həmin namizəd bunu biləndən sonra gedib imza vərəqələrini dəyişdirməyə, DSK ərizəsini götürməyib. Həmin namizəd bizə müraciət edib ki, mənim də hüquqlarımız pozurlar. Biz onunla da görüşəcəyik və işləri koordinasiya edəcəyik. DSK adi bu prosedur qaydanı həyata keçirmir”.

    E.SEYİDAĞAскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.