• Rus Dili
  • Reklam
    » » Bakı bazarlarında meyvə -tərəvəz və yumurta ucuzlaşdı REPORTAJ, FOTOLAR
    

    Bakı bazarlarında meyvə -tərəvəz və yumurta ucuzlaşdı REPORTAJ, FOTOLAR

    7-02-2016, 18:35
    Oxunub: 805
    Şərhlər: 0
    Çap versiyası
    Bakı bazarlarında meyvə -tərəvəz və yumurta ucuzlaşdı REPORTAJ, FOTOLAR
    Bakı bazarlarında meyvə -tərəvəz və yumurta ucuzlaşdı REPORTAJ, FOTOLAR
    Bakının meyvə-tərəvəz bazarlarında son günlər ucuzlaşma müşahidə edilir. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışının həyata keçirildiyi “8-ci kilometr” bazarında apardığımız müşahidələr bunu deməyə əsas verir.

    Devalvasiyadan sonra ən çox bahalaşan tərəvəz olan kartofun qiymətində azalma müşahidə olunur. Belə ki, əvvəllər İrandan, Rusiyadan gətirilən kartof 90 qəpiyə, 1 manata satılırdısa, indi 60-70 qəpiyə enib. 1 manat 30 qəpiyə satılan Gədəbəy kartofu isə 1 manatdan təklif olunur. Soğanın qiyməti də 80 qəpikdən 60-70 qəpiyə enib. 1 manata satılan kökün kiloqramı 30-50 qəpik, kələm 30 qəpik, turp 40 qəpik, çuğundurun kiloqramı isə 50 qəpiyədir.
    Bakı bazarlarında meyvə -tərəvəz və yumurta ucuzlaşdı REPORTAJ, FOTOLAR
    İlin əvvəlində 3-4 manat arasında dəyişən xiyar və pomidorun qiymətləri də enib. Pomidorun kiloqramı 1.2-1. 5 manat, xiyarın kiloqramı 1 manata satılır. Badımcanın kiloqramı 2.5 manat, şirin bibərin dənəsi 40 qəpiyə satılır. Göbələyin qiyməti isə 2.5- 3 manat arasında dəyişir. Göyərtilərin 7 dəstəsi 1 manatadır.

    Yumurtanın qiyməti də ucuzlaşıb. 18 qəpiyə satılan fabrik yumurtası 14-15 qəpiyə, 25 qəpiyə satılan kənd yumurtası isə 20 qəpiyə enib.

    Ət məhsullarının qiyməti də bahalaşmayıb. Mal ətinin kiloqramı 5-7 manat arasında, qoyun əti 7-9 manat dəyişir. Balıqlar isə kiloqramı növünə görə, dəyişir. Sazan balığının kiloqramı 5 manata, karp balığı 3 manatadır.

    Ağartı məhsullarından şorun kiloqramı 3 manata, süzmə 2.5 manata, pendirin kilosu isə 4-5 manatadır.
    Bakı bazarlarında meyvə -tərəvəz və yumurta ucuzlaşdı REPORTAJ, FOTOLAR
    Meyvələrin qiymətində də ucuzlaşma var. Limonun 4-ü bir manata satılır. Almanın kiloqramı isə 40 qəpiklə 1 manat arasında dəyişir. Narın kiloqramı 1 manat, üzüm 1 manat, heyva 60-80 qəpik, bananın kiloqramı 2.5 manata satılır. Narınginin qiyməti keyfiyyətindən asılı olaraq 1-1.5 manata təklif olunur. Xatırladaq ki, bir müddət öncə ən ucuz narıngi 2 manat idi. Xaricdən gətirilən portağal, armud, almaların qiyməti isə 2-2.5 manata satılır.
    Bakı bazarlarında meyvə -tərəvəz və yumurta ucuzlaşdı REPORTAJ, FOTOLAR
    İqtisadçı ekspert Vüqar Bayramov da kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşmanın olduğunu təsdiqlədi və onun səbəblərindən danışdı: “Bu ucuzlaşmanın 3 əsas səbəbi var. Birincisi, ucuzlaşma ən çox idxal olunan məhsulların qiymətində özünü göstərir. Bunun səbəbi isə ixracatçı ölkələrdə qiymətlərin ucuzlaşmasıdır. Xüsusən Gürcüstandan gətirilən meyvə-tərəvəz ucuzlaşıb”

    V. Bayramovun sözlərinə görə, ucuzlaşmanın ikinci səbəbi alıcılıq qabiliyyətinin azalması ilə bağlıdır: “İnsanların daha çox yığıma üstünlük verməsi alıcılığın azalmasına səbəb olub. Bu da həmin məhsulların satışını həyata keçirənlərin qiymətləri artırmasının qarşısını alır. Çünki qiymətlər artırılarsa, məhsulu satmaq mümkün olmayacaq. Kənd təsərrüfartı məhsullarını uzun müddət saxlamaq mümkün olmadığı üçün satıcılar ucuzlaşmada maraqlıdır. Üçüncü səbəb isə odur ki, İqtisadiyyat Nazirliyi qiymətlərin monitorinqini həyata keçirir. Xüsusən son devalvasiyadan sonra bu proses sürətləndirilib və ərzaq məhsullarında bahalaşmanın qarşısı alınır. Əgər ixracatçı ölkələrdə məhsullar ucuzlaşırsa, nazirlik buna uyğun olaraq qiymətlərin ucuzlaşmasını tələb edir”.

    Ekspert bu ucuzlaşmanın gömrük sistemində aparılan islahatlarla bağlı olduğunu istisna etdi: “Hələ ki, bu islahatların bazarlara təsiri özünü göstərməyib. Bunun üçün müəyyən zamana ehtiyac var”.

    Nərgiz LİFTİYEVA
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.