• Rus Dili
  • Reklam
    » » Ağdaş dairəsində 3 nəfərin namizədliyi qeydə alınıb
    

    Ağdaş dairəsində 3 nəfərin namizədliyi qeydə alınıb

    19-05-2016, 20:27
    Oxunub: 540
    Şərhlər: 0
    Çap versiyası
    Ağdaş dairəsində 3 nəfərin namizədliyi qeydə alınıb
    90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkiyə qatılan iddiaçıların qeydə alınmaq üçün sənədləri təhvil vermə müddəti mayın 19-da bitib. Mərkəzi Seçki Komissiyasının sözçüsü Şahin Əsədli Transparency.az-a bildirib ki, namizədliyi təsdiq olunan 14 nəfərdən 9-u imza vərəqələrini geri qaytarıb: “İndiyəcən 3 nəfər namizəd kimi qeydə alınıb”.

    Azərbaycanda son parlament seçkisi 2015-ci ilin noyabrında 125 dairə üzrə keçirilib. Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkinin nəticəsi ləğv olunub. Mərkəzi Seçki Komissiyası dairə üzrə şikayətlərə baxarkən belə qərar verib.

    Aprelin 12-də prezident İlham Əliyev 90 saylı dairə üzrə Milli Məclisə təkrar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb. Seçki bu il iyunun 18-nə təyin edilib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.