• Rus Dili
  • Reklam
    » » İqbal Ağazadənin seçki təbliğatının ilk günü insident yaşandı - FOTOLAR
    

    İqbal Ağazadənin seçki təbliğatının ilk günü insident yaşandı - FOTOLAR

    26-05-2016, 13:57
    Oxunub: 1 891
    Şərhlər: 0
    Çap versiyası
    İqbal Ağazadənin seçki təbliğatının ilk günü insident yaşandı - FOTOLAR
    Xəbər verdiyimiz kimi, 90 saylı Ağdaş Seçki Dairəsindən təkrar seçkidə Milli Məclisə namizədliyi qeydə alınmış Ümid Partiyasının sədri İqbal Ağazadə bu gündən etibarən təbliğat-təşviqat kampaniyasına başlayıb.

    Musavat.com-un Ağdaşa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, kampaniyanın ilk günü üzərində İqbal Ağazadənin fotosu olan avtomobillər bir qrup öyrədilmiş sakinlər tərəfindən "yumurta atəşi"nə tutulub. Öyrədilmiş sakinlər təbliğat işinə mane olub, İqbal Ağazadənin avtomobillərin üzərinə vurulan fotolarını qoparıblar. Onlardan bəziləri əllərində dəyənəklə Ümid Partiyasının təbliğatda iştirak edən üzvlərinin üzərinə hücum çəkiblər. Lakin Ağdaşın yerli sakinlərinin əksəriyyəti İqbal Ağazadəni dəstəkləyib, təxribat yaratmaq istəyən şəxsləri geri oturdublar. İnsident baş verən zaman İqbal Ağazadə özü hadisə yerində olmayıb.

    Xatırladaq ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.

    Əli Rais, musavat.com
    İqbal Ağazadənin seçki təbliğatının ilk günü insident yaşandı - FOTOLAR
    İqbal Ağazadənin seçki təbliğatının ilk günü insident yaşandı - FOTOLAR
    İqbal Ağazadənin seçki təbliğatının ilk günü insident yaşandı - FOTOLAR
    İqbal Ağazadənin seçki təbliğatının ilk günü insident yaşandı - FOTOLARскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.