İqbal Ağazadəyə Seyid Cəfər Pişəvəri mükafatı verilib » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » İqbal Ağazadəyə Seyid Cəfər Pişəvəri mükafatı verilib
    

    İqbal Ağazadəyə Seyid Cəfər Pişəvəri mükafatı verilib

    1-06-2016, 11:05
    Oxunub: 371
    Şərhlər: 0
    Çap versiyası
     İqbal Ağazadəyə Seyid Cəfər Pişəvəri mükafatı verilib
    İsveçdə elan olunan mükafata daha bir neçə məşhur layiq görülüb
    Stokholmda Güney Azərbaycan Konqresinin təşkilatçılığı, habelə Odlar Yurdu dərnəyi və milli fəal Rza Qaraçayın əməkdaşlığı ilə 22 May Güney Azərbaycanda Oyanış Hərəkatının başlanması və 28 May Cümhuriyyət Günü münasibətilə start götürən “Oyanışdan Qurtuluşa” adlı tədbirlər həftəsi sona çatıb.

    “Oyanışdan Qurtuluşa” həftəsinə “Borçalı” Cəmiyyətinin sədri, tanınmış ictimai xadim Zəlimxan Məmmədli və Ümid Partiyasının sədr müavini Rüfət Muradlı dəvətli olsalar da açılış tədbirində onların obyektiv səbəblərə görə tədbirdə iştirak edə bilməmələri iştirakçıların nəzərinə çatdırılıb və Zəlimxan Məmmədlinin göndərdiyi müraciət oxunub. Tədbirdə elan olunub ki, ictimai-siyasi, elmi və incəsənət fəaliyyətlərində Güney Azərbaycan məsələsini hər zaman diqqətdə saxladığına və Güneydəki soydaşlarının haqlı mübarizəsinə daim dəstək olduqlarına görə Güney Azərbaycan Konqresinin 22 may tarixli qərarı ilə İqbal Ağazadə, Zəlimxan Məmmədli, Rüfət Muradlı, Yasəmən Qaraqoyunlu, Solmaz Kosayeva və AMEA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşları Seyid Cəfər Pişəvəri mükafatına layiq görülüblər. Tədbirin davamında Odlar Yurdu dərnəyinin sədri Sevinc Bakılı və digər iştirakçılar 22 may və 28 may haqqında çıxış ediblər. Sonda Güney Azərbaycan Konqresinin 10 illiyi münasibətilə təbriklər səslənib və GAK-ın gördüyü işlər, apardığı mübarizə barədə danışılıb.

    “Oyanışdan Qurtuluşa” adlı həftə çərçivəsində Güney Azərbaycandakı son durum, milli haqlar uğrunda soydaşlarımızın mübarizəsi, habelə Quzey Azərbaycanın İstiqlala qovuşmasından sonra üzləşdiyi sorunlar, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı İsveç Parlamentinin deputatları ilə görüşlər keçirilib. GAK-ın sədri Abdulla Əmir Haşimi Cavanşirin rəhbərliyi və İsveç Qarabağ Cəmiyyətinin sədri Ayda Əmir Haşiminin iştirakı ilə mayın 24-də Moderatlar Partiyasından parlamentarilər Kristina Lutz və Marqaret Cederfeld, daha sonra sosial demokrat millət vəkili Andrine Vinter ilə görüşlər gerçəkləşdirilərək, o taylı-bu taylı Azərbaycanın həqiqətləri onların diqqətinə çatdırılıb. Bundan başqa, həmin heyətin İsveç Xarici İşlər Nazirliyində də analoji mövzuda görüşü olub.Həftə çərçivəsində tədbirlərdən biri də Sevinc Bakılının rəhbərlik etdiyi İsveç Odlar Yurdu Cəmiyyətinin təşəbbüsü ilə keçirilən 28 May Cümhuriyyət Günü ilə bağlı olub. Tədbir Stokholmda yaşayan soydaşlarımızın çıxışları və bayram ovqatlı musiqi proqramları ilə yadda qalıb.

    İsveçdə Güney Azərbaycan Konqresinin təşəbbüsü və Odlar Yurdu Dərnəyinin əməkdaşlığı ilə start götürən Oyanışdan Qurtuluşa həftəsi dünən sona çatıb.

    ETİBARскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.