• Rus Dili
  • Reklam
    » » ​Bakı-Şamaxı-Yevlax magistralında sürüşmə yenidən aktivləşib - FOTO
    

    ​Bakı-Şamaxı-Yevlax magistralında sürüşmə yenidən aktivləşib - FOTO

    4-06-2016, 00:33
    Oxunub: 480
    Şərhlər: 0
    Çap versiyası
     ​Bakı-Şamaxı-Yevlax magistralında sürüşmə yenidən aktivləşib - FOTO
    Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində sürüşmə yenidən aktivləşib.
    “Report”un Aran bürosu xəbər verir ki, son günlər yağan yağışlardan sonra ərazidə təhlükəli vəziyyət yaranıb.

    Belə ki, tonlarla torpaq qatı sürüşərək avtomobillərin intensiv hərəkət etdiyi yola tökülüb. Son bir həftədə torpaq sürşməsi və uçqunlar ardıcıl olaraq davam edir. Ərazinin sürüşməyə meylli olması təkrar uçqunların baş verməsi ilə nəticələnir.

    Ötən gün axşam yolda təmizlik işləri aparılsa da, təkrar axıb gələn torpaq qatı avtomobillərin hərəkəti üçün maneələr yaradır. Həmin əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub, texnika yolun yamac hissəsində yığılıb qalan torpaq qatını təmizləyir. Bu səbəbdən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ərazidə növbətçi işçi qüvvəsi yaradılıb və sürüşmə zonası diqqətdə saxlanılır.

    Hazırda yolda avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur.
     ​Bakı-Şamaxı-Yevlax magistralında sürüşmə yenidən aktivləşib - FOTO
     ​Bakı-Şamaxı-Yevlax magistralında sürüşmə yenidən aktivləşib - FOTO
     ​Bakı-Şamaxı-Yevlax magistralında sürüşmə yenidən aktivləşib - FOTO
     ​Bakı-Şamaxı-Yevlax magistralında sürüşmə yenidən aktivləşib - FOTO
     ​Bakı-Şamaxı-Yevlax magistralında sürüşmə yenidən aktivləşib - FOTO
     ​Bakı-Şamaxı-Yevlax magistralında sürüşmə yenidən aktivləşib - FOTOскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.