• Rus Dili
  • Reklam
    » » Devalvasiyadan sonra banka borcu olan 18 nəfər intihara cəhd edib
    

    Devalvasiyadan sonra banka borcu olan 18 nəfər intihara cəhd edib

    8-06-2016, 18:07
    Oxunub: 292
    Şərhlər: 0
    Çap versiyası
    Devalvasiyadan sonra banka borcu olan 18 nəfər intihara cəhd edib
    Azərbaycanda baş verən devalvasiyadan sonra banklara kredit borcu olan 18 nəfər sirkə turşusu içərək intihara cəhd edib. Bu barədə Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

    "Fevral ayında banklara borcu olan 6 nəfər sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya müraciət edib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Mart ayında eyni halla bağlı 8 nəfər müraciət edib. Aprel ayından isə belə müraciətlərin sayı azalıb. Aprel və may aylarında ümumilikdə bu halla bağlı cəmi 4 nəfər xəstəxanaya müraciət edib".

    Azər Maqsudov deyib ki, ötən iki ay ərzində ilan zəhərlənmələri ilə bağlı 24 müraciət daxil olub. Müraciət edənlərdən 13 nəfər xəstəxanaya qəbul edilib.

    "Müraciət edənlərdən 4 nəfərin vəziyyəti ağır olub. Müayinədən sonra onların vəziyyəti yaxşılaşıb. İlan sancmasından ölüm halı qeydə alınmayıb. Son aylarda əqrəb və qaraqurd sancmaları diaqnozu ilə şöbəmizə iki xəstə daxil olub".

    O, qeyd edib ki, ilan sancmaları daha çox Bakı və ətraf qəsəbələrdə (Zirə, Xəzər, Qaradağ), habelə Şamaxı, Ağsu, Qəbələ, Şəmkir, Tovuz, Cənub və Aran rayonlarında qeydə alınıb. Bakıda əsasən daş karxanalarında işləyən şəxslər ilan sancmalarına məruz qalır. (APA)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.