• Rus Dili
  • Reklam
    » » Azərbaycanda bir ayda yol qəzaları 43 can alıb
    

    Azərbaycanda bir ayda yol qəzaları 43 can alıb

    8-02-2016, 21:16
    Oxunub: 430
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycanda bir ayda yol qəzaları 43 can alıb
    2016-ci ilin yanvar ayı ərzində respublika ərazisində 140 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 43 nəfər həlak olub, 147 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 68 fakt (32,7%), həlak olanların sayı 31 nəfər (41,9%), yaralananların sayı 68 nəfər (31,6%) azalıb.

    Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

    Bakı şəhəri ərazisində 47 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 12 nəfər həlak olub, 48 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 30 fakt (39%), 12 nəfər (57%), 30 nəfər (38,5 %) azalıb.

    Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 35%-i (49 hadisə, 17 ölüm, 59 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8%-i (31 hadisə, 12 ölüm, 26 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 17,1%-i (24 hadisə, 4 ölüm, 32 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,8%-i (4 hadisə, 1 ölüm, 3 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

    Yol-nəqliyyat hadisələrinin 38,5%-ni (55) piyadaların vurulması təşkil edib, nəticədə 22 piyada həlak olub, 34-ü yaralanıb. 2 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş veribr. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər uşaq və yeniyetmə həlak olub, 10 nəfər yaralanıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.