• Rus Dili
  • Reklam
    » » NATO-nun Türkiyə ilə bağlı xüsusi planı
    

    NATO-nun Türkiyə ilə bağlı xüsusi planı

    14-06-2016, 20:42
    Oxunub: 320
    Şərhlər: 0
    Çap versiyası
     NATO-nun Türkiyə ilə bağlı xüsusi planı
    NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın Türkiyə ilə bağlı xüsusi planları olduğunu açıqlayıb.

    Axar.az xəbər verir ki, NATO Müdafiə nazirləri toplantısı ilə bağlı jurnalistlərin suallarını cavablandıran baş katib Türkiyənin müdafiəsi üçün hər şey edəcəklərini deyib:

    “Türkiyə üçün fərqli təhlükəsizlik tədbirləri görürük. “Avaks”ların müşahidə uçuşları, İspaniya patriot batareyaları, Aralıq dənizinin şərqində NATO gəmiləri və İtaliya hava hücumundan müdafiə sistemləri bu tədbirlərin bir hissəsidir. Bu, NATO-nun Türkiyəyə olan həmrəyliyini göstərir”.

    NATO Varşava Zirvəsinə bir neçə həftə qaldığını xatırladan Stoltenberq əsas təhlükənin şərqdən və cənubdan gəldiyini deyib:

    “Ölkələrimiz şərqdən və cənubdan misli-bərabəri görünməmiş təhlükəsizlik problemləri yaşayır. Varşava Zirvəsində hər istiqamətdən təhdidə qarşı tədbirlər barədə qərarlar veriləcək. Ayrıca, kiçik qruplardan ibarət briqadalar Latviya, Litva, Estoniya və Polşaya göndəriləcək”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.