• Rus Dili
  • Reklam
    » » Ağdaşda seçki "karusel"ini daşıyan maşın qəzaya düşdü, İqbal Ağazadənin nümayəndəsi polisə aparıldı — FOTOLAR
    

    Ağdaşda seçki "karusel"ini daşıyan maşın qəzaya düşdü, İqbal Ağazadənin nümayəndəsi polisə aparıldı — FOTOLAR

    18-06-2016, 14:04
    Oxunub: 653
    Şərhlər: 0
    Çap versiyası
    Ağdaşda seçki "karusel"ini daşıyan maşın qəzaya düşdü, İqbal Ağazadənin nümayəndəsi polisə aparıldı — FOTOLAR















    Ümid partiyası bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə bağlı məlumat yayıb.

    Ölkə.Az-a göndərilən məlumatda bildirilir ki, 90 saylı DSK-dan hazırda da 33 nəfər partiya tərəfindən olan və 30 bitərəf müşahiçənin səndələri verilmir və DSK qarşısında sıxlıq yaranıb.

    Qeyd olunur ki, 1 saylı seçki məntəqəsində müşahidəçilər məntəqəyə 07:30-da, yəni yarım saat gec buraxılıblar. 2 saylı məntəqədə isə müşahidə etməyə imkan verilmir və "karusel" davam edir:

    "3 saylı məntəqədə də, məntəqə sədri 120 nəfərin adını qeyd edib. Məktəb direktoru məntəqə üzvü olsa da, seçicilərə mane olur, təzyiq göstərir. Halbuki məntəqə üzvlərinin tərkibində məktəb direktorunun olması qadağandır. 6 saylı məntəqədə bülletenlərin kənarı bir-bir deyil, topa-topa kəsilir. 8 saylı seçki məntəqəsində müşahidəçilərə imkan verilmir, maşınla təxribatçı qrup gətirilir və aşkar "karusel" həyata keçirilir. 9.saylı məntəqə 6:30-dan etibarən açıq idi. Ümid partiyasından məntəqəyə cəmi bir nəfər buraxılıb. 10 saylı məntəqədə məntəqə üzvü olan direktor müşahidəyə imkan vermir. 11 saylı məntəqdə bir qrup öyrədilmiş şəxs müşahidəçiləri təxribata çəkməyə cəhd göstərir. 19 saylı məntəqədə müşahidəyə imkan verilmir. Məntəqə sədri Fəxrəddin Qocayev müdaxilə edir, açıq-aşkar bildirir ki, deputat olacaq şəxsi çoxdan seçmişik, bu seçki formal şeydir. 25 saylı müşahidəçilərə imkan verilmir, seçki qutularına topa bülleten atılır.
    29 saylı məntəqə ərazisində açıq "karusel" aparılır. "Qazel" markalı avtomobillə sakinləri məntəqələrə daşıyırlar. Hətta həmin maşın aşıb və xəsarət alanlar var. 33 saylı məntəqədə səlahiyyətli nümayəndələr məntəqədən çıxarılıb.
    37 saylı məntəqədə kobud qanun pozuntusu var. Eyni adam dörd dəfə səs verir. 90 MR 369 dövlət nömrə nişanla avtomobillə adamlar məntəqələrə daşınır. Məntəqə yerləşən bina mexaniki suvarma idarəsinin binası ilə üzbəüzdür. Oranın işçilərini məcburi gətirib səs verdirirlər.
    Qeyd edək ki, 6 saylı seçki məntəqəsindən Ümid partiyasının səlahiyyətli nümayəndəsi Günel İbadova məntəqədən çıxarılıb və polisə aparılıb".

    Məlumatda həmçinin qeyd edilir ki, icra nümayəndələri və bələdiyyə seçkiyə açıq-aşkar müdaxilə edirlər.

    Ölkə.Azскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.