• Rus Dili
  • Reklam
    » » Ağdaşda Milli Məclisə təkrar keçirilən seçkilərdə qanun pozuntuları - VİDEO sübut
    

    Ağdaşda Milli Məclisə təkrar keçirilən seçkilərdə qanun pozuntuları - VİDEO sübut

    20-06-2016, 00:32
    Oxunub: 630
    Şərhlər: 0
    Çap versiyası
     Ağdaşda Milli Məclisə təkrar keçirilən seçkilərdə qanun pozuntuları - VİDEO sübut
    Ötən gün Ağdaşda Milli Məclisə təkrar keçirilən seçkilər baş tutdu. Bu seçki dairəsi üzrə qeydə alınan 7 namizəddən Cavid Osmanov və İqbal Ağazadənin seçilmə şansının böyük olduğu iddia edilirdi.

    Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərin ilkin nəticəsini açıqlayıb.

    90 saylı Ağdaş seçki dairəsinin 40 seçki məntəqəsinin nəticələri hesablanıb. Beləliklə, rəsmi açıqlamalara görə, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə lider namizəd 85,56 faiz səslə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov olub. İkinci yerdə qərarlaşan Ümid Partiyasının namizədi İqbal Ağazadə 7,84 faiz səs toplayıb.

    Qeyd edək ki, Ağdaşda keçirilən seçkilərdə musavat.com-un iki əməkdaşı da yaxından iştirak edib və xeyli saxtakarlıq halları aşkarlayıblar. Seçki prosesində jurnalistlərin fəaliyyətinə maneə törədilib, xeyli mübahisələr yaşanıb.

    Ağdaşa ezam olunan müxbirlərimiz baş verən hadisələri lentə alıb, narazı seçki müşahidəçilərinin etirazlarını işıqlandırıblar.

    Bir neçə məntəqə sədrləri jurnalistlərin hüquqlarını pozublar. Onların peşə fəaliyyətinə mane olublar. Bundan əlavə, müşahidəçilər topa bülleten atılması, öyrədilmiş şəxslərin bir-birniə yardım etməsi, karusel əməliyyatı kimi qanun pozuntularının olduğunu dilə gətiriblər.

    Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri 2015-ci ilin noyabrın 1-də keçirilib. Noyabrın 17-də MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv olunması haqqında qərar qəbul edib. Bu qərar həmin dairədə qeydiyyata alınmış digər namizədlərin müraciəti əsasında qəbul olunub.

    Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz



    Məğrur Mərd,
    Əli Rais
    Musavat.com

    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.