• Rus Dili
  • Reklam
    » » Azərbaycan ordusunun cəbhədə təlimləri davam edir-VIDEO
    

    Azərbaycan ordusunun cəbhədə təlimləri davam edir-VIDEO

    22-06-2016, 16:00
    Oxunub: 476
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycan ordusunun cəbhədə təlimləri davam edir-VIDEO
    Bu gün təlimin gedişini jurnalistlər də izləyəcək.
    Azərbaycan ordusunun cəbhədə iyunun 19-dan başlayan genişmiqyaslı təlimləri davam edir.

    ANS TV-nin məlumatına görə, müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi təlimlərə 25 min şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.
    Bu gün təlimin gedişini kütləvi informasiya vasitələrinin nümayəndələri də izləyəcək.

    ANS TV-nin bölgəyə ezam olunmuş xüsusi müxbiri Rahib Qərib son məlumatları çatdırıb.

    Onun sözlərinə görə bu gün operativ taktiki təlimlərin ən vacib mərhələlərindən biri döyüş atışları həyata keçirilir. Artilleri, aviasiya, hərbi hava qüvvələri eləcə də dəniz qüvvələri təlimlərə cəlb olunub. Təlimlər daha çox cəbhəyanı zonalarda keçirildiyi üçün qüvvələrin böyük qisminin bu zonalara cəlb edildiyini söyləyən müxbir təlimlərdə yeni döyüş vasitələri və texnikalarından istifadə olunduğunu diqqətə çatdırıb.

    Ötən gün isə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib.

    Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib. Bildirilib ki, təlimə 2085 nəfər şəxsi heyət, 200-dən artıq döyüş və müxtəlif təyinatlı texnikalar cəlb olunub. Qüvvə və vasitələrə ərazinin xarakterinə uyğun olaraq hədəf şəraiti yaradılıb.

    Təlimlər iyunun 24-dək davam edəcək.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.