• Rus Dili
  • Reklam
    » » ​AVRO-2016: Macarıstan, İslandiya və Portuqaliya 1/8 finala vəsiqə qazanıb
    

    ​AVRO-2016: Macarıstan, İslandiya və Portuqaliya 1/8 finala vəsiqə qazanıb

    22-06-2016, 22:19
    Oxunub: 533
    Şərhlər: 0
    Çap versiyası
     ​AVRO-2016: Macarıstan, İslandiya və Portuqaliya 1/8 finala vəsiqə qazanıb
    Fransada keçirilən Avropa çempionatının "F" qrupu çərçivəsində III turun oyunları keçirilib.

    "Report" xəbər verir ki, yaşıl meydanlarda Portuqaliya Macarıstanla, Avstriya isç İslandiya ilə üz-üzə gəlib.

    Portuqaliya-Macarıstan matçında 3-3 hesablı nəticə qeydə alınıb və hər iki komanda 1/8 final mərhələsinə vəsiqə qazanıb.

    Oyunda hesabı macarlar açıb. 19-cu dəqiqədə Zoltan Gera komandasına üstünlük qazandırıb - 1-0. Lakin 42-ci dəqiqədə Nani hesaba tarazlıq gətirib. 47-ci dəqiqədə Macarıstan Balazs Dzsudzsakın qolu ilə yenidən önə keçib - 2-1. Lakin bu üstünlük çox sürməyib. Səhnəyə Kristiano Ronaldo çıxıb. O, 50-ci dəqiqədə hesabı 2-2 edib. Lakin 55-ci dəqiqədə Balazs Dzsudzsak yenidən fərqlənib - 3-2. Buna baxmayaraq Kristiano Ronaldo 62-ci diqəqidə hesabı 3-3 edib. Görüş bu hesabla da başa çatıb.
    Paralel keçən qarşılaşmada İslandiya Avstriyanı 2:1 hesabı ilə məğlub edərək qrup ikinciliyinə yüksəlib.

    Və beləliklə Macarıstan qrup lderi olub. Portuqaliya isə qrup üçüncüsü kimi "play-off" mərhələsinə yüksəlib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.