• Rus Dili
  • Reklam
    » » AFFA 5 futbolçunu cəzalandırdı
    

    AFFA 5 futbolçunu cəzalandırdı

    9-02-2016, 14:49
    Oxunub: 558
    Şərhlər: 0
    Çap versiyası
    AFFA 5 futbolçunu cəzalandırdı
    Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın XX turunun “Neftçi” - “Rəvan” oyunun 88-ci dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Jairo Rodriges ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

    Oyunun 89-cu dəqiqəsində “Rəvan” klubunun 86 №-li futbolçusu Həmid Yasin kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

    Azərbaycan Premyer Liqasının XX turunun “Qarabağ” - “Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 4 №-li futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

    Azərbaycan Premyer Liqasının XX turunun “Sumqayıt” - “Zirə” matçının 61-ci dəqiqəsində “Sumqayıt” klubunun 39 №-li futbolçusu Emin Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

    Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” - AZAL matçının 88-ci dəqiqəsində AZAL klubunun 6 №-li futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.